Ferrari şirkətinin səhmdarlarının illik yığıncağında şirkətin yeni rəhbəri Luis Kerey Kamilyeri italyan markasının yeni modelinin adını və debüt tarixini açıqlayıbdır. Yeni model 2022-ci ildə təqdim ediləcək və Purosangue (italyancadan tərcümədə “safqanlı” deməkdir) adlandıricaqdır.
Quattroroute nəşrinin bildirdiyinə görə, Kamilyeri SUV (Sport Utility Vehicle) abbreviaturasını söyləməkdən imtina edərək, gələcək Ferrari modelinin krossoverlər ilə heç bir əlaqəsinin olmadığını bildirib. Onun sözlərinə görə, yeni model güclü, geniş və universal, həmçinin öz seqmentində ən yaxşı avtomobil olacaqdır. Ferrari Purosangue modeli atmosfer və ya V8 tvin-turbo mühərrikləri ilə deyil, yeni V6 mühərrikinin bazasında yaradılmış hibrid güc qurğusu ilə təchiz eduləcəkdir. Yeni mühərrik, 2022-ci ildə buraxılacaq Ferrari modellərinin 60 faizinə quraşdırılacaqdır.
2019-cu ildən 2022-ci ilə qədər Ferrari 15 yeni modeli buraxmağı planlaşdırır.
Bu avtomobillər dörd ailəyə bölünəcəkdirlər: Sport, GT, Special Series və Icona. İkiyerli superkarlar idman xəttinə, 2+2 oturacaq formulasına malik olanlar GT ailəsinə. Monza SP1 və SP2 kimi unikal superkarlar Icona xəttinə aid olacaqdırlar. Special Series xəttinə isə ekstremal Ferrari 488 Pista və ona bənzər modellər daxil olacaqdırlar.
Yeni modellərin konstruksiyasında yüngülləşdirilmiş materiallardan geniş istifadə olunacaqdır. Yeni asqı sisteminin, yenilənmiş interfeysi olan multimedia sisteminin və yeni idarəetmə orqanlarının tətbiqi də gözlənilir. Mülki avtomobilləri alın müqavimətini azaldan arxa antiqanad sistemini (DRS) əldə edəcəkdirlər.