Fiat şirkəti Cənubi Amerika bazarında satılacaq ilk krossoverini təqdim etməyə hazırlaşır. İtalyan markası yeni modelin adının seçmək üçün onlayn səsvermə keçirməyə qərar verib.
Səsverməyə bir ay bundan əvvəl markanın Braziliyadakı veb saytında start verilib və Pulse, Domo və Tuo adlarından birini seçmək təklif olunub. Bu müddət ərzində səsvermədə 380 min insan iştirak edib və qalib ad müəyyənləşib: Fiat Pulse. Qeyd etək gərəkdir ki, bu ad dərhal liderə çevrilib və nəticədə seçicilərin 65 faizi üstünlüyü Pulse adına veriblər.
Avtomobilin özü hələ də normaq qaydada təqdim olunmayıb. Fiat Pulse krossovernin əslində dörd ildir ki, istehsal olunan Fiat Argo hetçbekinin kross versiyası olduğu məlumdur. Krossover eyni ölçüyə və nisbətlərə, lakin ön və arxa tərəfin orijinal dizaynına malik olan beşqapılı kuzova sahibdir. Bundan başqa, avtomobil kuzovun qara plastikdən hazırlanmış müdafiə qurşağı və dam reylinqləri ilə təchiz edilib.
Fiat Pulse modeli turbomühərrik ilə hərəkətə gələcək, LED işıq texnikasına və adaptiv kruiz-kontrola sahib olacaqdır. Krossoverin tam hüquqlu təqdimatı yayın sonuna qədər baş tutmalıdır.