Ford şirkətinin lisenziyası əsasında xüsusi pikapları buraxan Tuscany Motor Company atelyesi Çikaqoda keçiriləcək avtosalonda yeni F-150 Harley Davidson Edition modelini təqdim edəcəkdir. Avtomobil klirensi artıerılmış təkmilləşdirilmiş asqıya, eksteryerin xüsusi tərtibatına və əlavə avadanlığa sahib olacaq.
Ford F-150 Harley Davidson Edition modelini ön bamperin müdafiə lövhəsi olan xüsusi əlavəsi, seilən haşiyəsi olan radiator barmaqlığı, ön yedək qarmaqları, hava girişi olan kapot, Harley Davidson Fat Boy üslubunda hazırlanmış 22-düymlük təkər diskləri və emblemləri sayəsində tanımaq olar.
Pikapın təchizatına 35-düymlük yolsuzluq şinləri, xüsusi olaraq bu model üçün yaradılmış və Fix amortizatorlarına məxsus olan BDS asqısı, çıxan ayaqaltılar, bamperə quraşdırılmış əlavə işıqlandırma bloku, idman buraxılış sistemi, kuzov rənginə boyanmış təkər tağlarının əlavələri daxildir.
Agate Black rənginə boyanmış Ford F-150 Harley Davidson 97415 dollara, White Platinum rənginə - 97710 dollara, nəhayət LeadFoot böz rəngli pikap 98433 dollara satılır.