Ford şirkəti Ranger pikapının Avropadakı çeşidinə 3,0-litrlik V6 dizel mühərriki və zəngin təchizatı olan yüksək səviyyəli Platinum versiyası əlavə edilib. Belə pikap standart olaraq, matrisa fənərləri, 20-düymlük təkər diskləri, yük platformasının qapaq bağlayıcısı və dam reylinqləri ilə təchiz edilir. Avtomobilin salonu dəlikli və sırıqlı dəri, eləcə də iridənəli fakturaya malik olan dekorativ ağcaqayın şponundan əlavələr ilə bəzədilib.
Avropada Ford Ranger Platinum pikapına sifarişlər artıq qəbul edilir, baxmayaraq ki, belə pikapların istehsalına gələn ilin yazında başlanılacaqdır. Onun tədarüklərınə isə, yaya yaxın start verilməlidir. Premium pikapın kapotunun altında F-150 pikapından götürülmüş, 240 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 3,0-litrlik V6 dizeli var. Güc aqreqatı adaptiv ötürmə məntiqi, habelə səs-küyü və vibrasiyanı azaldan yeni dayaqları olan 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Ötürmə - daimi tam ötürmədir.
Platinum versiyası digər Ranger pikaplarından radiator barmaqlığının dizaynı və tutqun xrom bəzəkləri ilə fərqlənir. Fənərlər artıq standart olaraq matrisalıdırlar. Bundan əlavə, pikap yük platformasının qapı bağlayıcısı, çilalanmış səthə malik olan 20-düymlük təkər diskləri və parlaq qara “ciblər”, həmçinin dam reylinqləri ilə təchiz edilir. İnteryer dəlikli və sırıqlı dəri ilə üzlənir, dekorativ əlavələr isə, iridənəli teksturaya malik olan tünd ağcaqayın şponundan hazırlanır.
Ön oturacaqlar 10 istiqamətdə elektriklə tənzimlənir, isitmə və havalandırma funksiyası ilə təchiz olunurlar. Cihazlar panelinin və şaquli yönümlü əsas ekranın diaqonalı 12 düymdür. Bang & Olufsen səs sistemi, qadcetlərin simsiz doldurulması sistemi və FordPass Connect modemi Ranger Platinum modelinin standart təchizatına daxildir. Geniş çeşidə malik olan elektron köməkçilərə dayanacaqdan çıxmaq üçün köməkçi, dairəvi müşahidə kameraları, köndələn trafikə nəzarət, habelə avtomobilin özünün və qoşqunun kor nöqtələrinə nəzarət sistemi əlavə edilib.
Böyük Britaniyada Ford Ranger Platinum modelinin qiyməti 44,400 funt sterlinq olacaqdır. Müqayisə üçün, pikapın baza versiyasının qiyməti 39 350 funt sterlinqdən başlayır, Ranger Raptor isə 48 300 funt sterlinqə satılır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.