Ford Taurus uzun müddətdir ki, artıq “amerikalı” deyil: ABŞ-da belə adı olan sonuncu avtomobil 2019-cu ilin yazında buraxılıb. Lakin 2015-ci ildə tamamilə fərqli bir Taurus meydana çıxıb - bu, Fusion/Mondeo modelinin uzadılmış platformasına əsaslanan Çində satılan sedandır.

İlkin olaraq, Changan Ford birgə müəssisəsi yalnız Çin bazarı üçün belə sedanı istehsal edirdi, lakin 2020-ci ildə modelin Yaxın Şərqə (BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn və s.) də ixracaıt başlanıldı. Niyə məhz buraya? Çünki amerikalı Taurus sedanı 2017-ci ildən bəri bu bazarda Ford markasının bestselleri adını qoruyub saxlayır və məlum məsələdir ki, şirkət bu bazarı itirmək istəməyib.

Təqaüdə göndərilən çinli Ford Taurus

Yaxın Şərqdə çinli Taurus “amerikalıdan” estafeti uğurla qəbul edib və korporativ satış reytinqində birinci yeri tutur. Ancaq bu ilin əvvəlində çinli Ford Taurus ömrünü sizlərə bağışlayıb: onun istehsal birbaşa varisi olmadan dayandırılıb. İndi Çində ən böyük Ford sedanı yeni Mondeo modelidir. Yaxın Şərq ölkələri üçün isə, onu ... yeni nəsil Ford Taurus modelinə çeviriblər.

Bu gün üzərindən sirr pərdəsi götürülmüş “ərəbistanlı” Taurus, praktiki olaraq çinli Mondeo modelindən fərqlənmir. Orijinal detallar yalnız emblemlər və xırda dekor elementlərindən ibarətdirlər. Əvvəlki modellə müqayisədə, yeni Taurus 83 millimetr qısadır və onun uzunluğu artıq beş metrdən azdır: 4935 millimetr. Eyni zamanda, təkər bazası da 4 millimetr azalaraq 2945 millimetrə bərabər olub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Ford Taurus yalnız baza ön paneli ilə təklif olunur: burafa səkkiz düymlük cihazlar paneli və mediasistemin 13,2-düymlük displeyi var. Çində satılan Mondeo isə, ikinci təchizat səviyyəsindən başlayaraq 12.3-düymlük cihazlar panelini və media sisteminin 27-düymlük (1,1 metr eni olan) nəhəng sensorlu ekranı ilə təklif edilir. Görünən odur ki, Yaxın Şərqdəki alıcılar hələlik belə bir "televizor" üçün hazır deyillər.

Texniki cəhətdən Taurus və Mondeo eynidırlər: 2,0-litrlik Ecoboost turbomühərriki (Çin spesifikasiyasında 246 at qüvvəsi), səkkiz pilləli “avtomat” və yalnız ön ötürmə. Keçmiş çinli Taurus, ixrac variantı da daxil olmaqla demək olar ki, eyni dəstə ilə təchiz edilirdi. Yeni sedanların Çindən Yaxın Şərqə tədarükünə yayda başlanacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.