Mart ayında keçiriləcək Cenevrə avtomobil sərgisində Formula E seriyasının yeni bolidi təqdim ediləcəkdir. Bu bolidlər 2018-2019 il mövsümündə istifadə ediləcəkdir
Yeni bolidin dizaynı Spark Racing Technologies şirkəti tərəfindən hazırlanıbdır. Bu şirkət Renault F1 komandasının keçmiş rəhbəri Frederik Vasserə məxsusdur. Vasserin şirkəti, çempionatın yarandığı 2014-cü ildən başlayaraq seriya üçün şassilər hazırlayır.
Bolid McLaren Applied Technologies şirkətinin məhsulu olan 54 kilovat-saatlıq batareyaları əldə edib. Akkumulyatorlar tam yarış məsafəsini qət etməyə imkan verir və pilotların yarış zamanı bir avtomobildən digərinə keçməsinə ehtiyac qalmayacaqdır. Bolid həmçinin Halo sisteminə də sahib olub.
Hazırda Formula E çempionatının dördüncü mövsümü davam edir. Çempionat 15 iyul tarixində Nyu-Yorkda başa çatacaqdır. Bu günə pilotlar birinciliyinə Mahindra komandasının pilotu Feliks Rozenkvist başçılıq edir. Keçən ilin qalibi Renault e.Dams komandası və Abt komandasının pilotu Lukas di Qrassi olub.