GAC Trumpchi E8 miniven üç il əvvəl qoşula bilən hibrid güc aqreqatı (PHEV) ilə debüt edib, 2024-cü ildə isə, sadələşdirilmiş təchizatı olan HEV modifikasiyası çeşidə qoşulub. Bununla belə, batareyalı versiyalar uğur qazana bilməyiblər: daxiliyanma mühərrikli GAC Trumpchi M8 miniveni Çində daha populyardır. Buna görə də tələbatı canlandırmaq üçün, istehsalçı GAC Trumpchi E8 PHEV minivenini ciddi şəkildə yeniləmək qərarına gəlib.

Avtomobilin ön hissəsi tamamilə yenidən dizayn edilib: ensiz faralar, kuzovun eni boyunca uzanan LED zolaq və barmaqlığın yerindəki bağlı panel, həmçinin bamperin aşaöı hissəsində trapesiya formalı hava girişi, yan tərəflərində isə, şaquli hava yönləndiriciləri peyda olub. Damda sürücüyə yardım sistemləri kompleksinin bir hissəsi olan lodar quraşdırılıb.

Yan tərəfdə çoxmilli təkər diskləri nəzərə çarpır, üstəlik, "süzən" dam və tək LED zolaqlı arxa monoişıq saxlanılıb. Avtomobilin uzunluğu 5000 millimetr, eni - 1900 millimetr, hündürlüyü - 1778 millimetr, təkər bazası isə, 3000 millimetr təşkil edir: yeni model sələfindən 80 millimetr uzun və 18 millimetr hündürdür, onun eni isə, dəyişməz olaraq qalır. Təkər bazası da 70 millimetr artıb.

Yeddi yerlik salonda 10,25-düymlük rəqəmsal cihazlar paneli və 15,6-düymlük mərkəzi displey quraşdırılımiş ön panel var, ikinci cərgənin sərnişinləri isə, qatlanan 17,3-düymlük tavan ekranından istifadə edə bilərlər. Bundan başqa, onların sərəncamına həmçinin kiçik masa və soyuducu da verilib, oturacaqlar isə, qızıdırlma, havalandırma, masaj və ayaq dayaqları ilə təchiz olunublar.

Qoşulan hibrid sistem 170 at qüvvəli 1,5-litrlik benzin turbomühərrikindən və hələlik gücü açıqlanmayan elektrik mühərrikindən ibarətdir. 38,883 kilovat/saatlıq litium dəmir fosfat batareyası elektrik ötürməsi ilə 205 kilometrə qədər (ehtimal ki, CLTC dövründə) gediş məsafəsini təmin edəcək. Hazırkı versiya 140 at qüvvəli 2,0-litrlik mühərrik və ön oxda quraşdırılmış 182 at qüvvəli elektrik mühərriki ilə təchiz olunub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni GAC Trumpchi E8 PHEV miniveni 24 apreldə açılacaq Pekin Avtomobil Sərgisində təqdim olunacaq və ilkin sifarişlərin qəbuluna həmin vaxt başlanılacaq. Qiymətlər hələlik açıqlanmayıb, lakin yeni minivenin sələfinin qiyməti 232.800 ilə 238.800 yuan arasındadır (təxminən 34.100–35.000 dollar).

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.