Zavoddaxili təyinatı B26 ilə də tanınan yığcam Xianglong krossoverinin eksteryer dizaynı bir müddət bundan əvvəl rəsmi şəkillərdə nümayiş etdirilib. Avtomobil "köpək" adları olan digər Havala bənzəyir - Darqo (Big Dog) və Cool Dog. Özü də təkcə eksteryeri deyil, həm də interyeri ilə: “Çin avtomobilləri” nəşrinin paylaşdığı casus şəklində, yeniliyin interyerinin ikinci nəsil Haval Darqo modelinin interyerinə bənzədiyi aydın görünür.

Haval B26 və “ikinci” Haval Darqo eyni tərtibatlı ön panelə və mərkəzi tunelə malikdirlər. Darqo həmçinin sükan çarxını da yeniliklə “paylaşıb” və ekranlar eyni görünürlər: bu, 12,3 düymlük rəqəmsal cihazlar paneli və Qualcomm Snapdragon 8155 prosessoru ilə çalışan multimedia sisteminin diaqonalı 14,6 düym olan displeyidir. Eyni zamanda, yenilik transmissiyanın bənzər selektorunu da alıb.

Bununla belə, B26 modelində Dargo modelindı olduğu kimi, ekranın altında yerləşən klimat-kontrolun paneli yoxdur. Yəqin ki, bu funksiya ekrana inteqrasiya olunub. Digər fərq, qapı kartlarının daha lakonik görünən dizaynıdır.

Haval markasının "köpək" modelləri ilə zahiri oxşarlığa baxmayaraq, Çin mediası B26 modelinin fərqli bir ailəyə daxil olacağından əmindir. Bir çoxları onu təqaüdə göndərilən birinci nəsil Darqo modelinin əvəzləyicisi, digərləri isə Cool Dog modelinin varisi kimi görürlər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.