Bizim bazarda Hyundai Accent kimi tanınan Hyundai Verna sedanının yeni nəsli Hindistanda debüt edib. Yeni sedan sələfindən nəzərəçarpacaq dərəcədə böyükdür və Hindistanda belə bir addım kifayət qədər anlaşılandır, çünki yerli çeşiddə kiçik Hyundai Aura sedanı da mövcuddur.

Yeni modelin təkər bazası 70 millimetr (2670 millimetr), ümumi uzunluğu isə 130 millimetr (4535 millimetr) artıb. Həmçinin, sedan 36 millimetr enli və 6 millimetr hündür (1475 millimetr) olub. Baqaj bölməsinin həcmi 480-dən 528 litrə qədər artırılıb.

Verna modelinin dizaynı Hyundai şirkətinin böyük sedanlarının üslubundadır: çoxlu sayda iti səhtlər və bıçaqlar, maili dam, ikimərtəbəli ön optika və birləşdirilmiş arxa fənərlər. Opsiyalar siyahısında LED fənərlər və ön tərəf boyu uzanan üçhissəli gündüz hərəkət işığının zolağı var. Eyni zamanda, təkər disklərinin ölçüləri nisbətən sadədirlər - 15 və ya 16 düym.

İnteryerə gəlincə, yeni sedan bir neçə variantda təklif edilir. Şirkət hələlik sedanın taksi sürücülərinə ünvanlanan baza versiyasını göstərməyib: burada analoq cihazlar paneli və adi kondisioner quraşdırılıb, audiosistem yoxdur, sükanın isə yalnız hündürlüyünü tənzimləmək olar. Buna baxmayaraq, hətta belə bir versiyada altı təhlükəsizlik yastığı, ABS sistemi və arxa parkinq sensorları var.

Bütün digər versiyalarda ESP, rəqəmsal cihazlar (bort kompüterinin rəngli ekranı və yan displeylər), səslə idarələnən media sistemi (8,0 və ya 10,25 düymlük displey), klimat-kontrol, sükanının uzunluğuna tənzimlənməsi, ön panelin və qapı kartlarının yumşaq material ilə tərtibatı var.

Ən qeyri-adi detal - iki fırlanan düyməsi və sensor paneli olan universal qurğudur. O, klimat-kontrolu və ya mediasistemi idarə etmək üçün cavabdehdir. İki rejim arasında keçidi iki qollu analoq açar həyata keçirir.

Opsiyalar arasında kontur işıqlandırması (64 rəng), “dəri” salon, elektriklə tənizmlənən sürücü oturacağı, ön oturacaqların havalandırılması və qızdırılması, lyuk, səkkiz dinamikli Bose səs sistemi var. İlk dəfə olaraq hətta elektron köməkçilər kompleksi də təqdim olunur. Bu kompleksə ön kameralı avtomatik əyləcləmə sistemi və adaptiv kruiz-kontrol daxildir. Belə bir dəst yalnız top versiyanın imtiyazıdır.

Verna modelinin mühərrik çeşidində dizel mühərriki olmayacaq: avtomobil istehsalçıları ekoloji standartların sərtləşdirilməsi səbəbindən belə mühərriklərdən tədricən imtina edirlər. Beləliklə, yeni Verna iki dördsilindrli benzin mühərriki ilə təklif olunur: 6-pilləli mexaniki və ya İVT variatoru ilə tandemdə çalışan 1,5-litrlik MPI (115 at qüvvəsi, 144 Nm) atmosfer mühərriki və 1,5 T-GDI (160 at qüvvəsi, 253 Nm) turbomühərrik. Turbomühərrik 6-pilləli mexaniki transmissiya və ya iki muftalı “robot” ilə təchiz edilə bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şassi - sadədir: öndə McPherson dayaqları, arxada isə yarımüstəqil asqı quraşdırılır. Əksər versiyalarda hətta arxa oxda baraban əyləcləri quraşdırılır. Disk mexanizmləri yalnız turbomühərriki və “robotu” olan ən bahalı sedanların imtiyazıdır. Top versiyalar elektromexaniki əl əyləci də təchiz edilirlər.

Yeni Hyundai Verna sedanı artıq Cənubi Koreya istehsalçısının Hindistandakı zavodunun (Çennay şəhərində) konveyerindən çıxmağa başlayıb. Onun daxili bazardakı satışlarına aprel ayında start veriləcəkdir. Qiymətlər - 1 milyon 90 mindən 1 milyon 738 min rupi arasında (13 200 - 21 000 dollar) dəyişə bilər. Hindistanda yığılmış sedanlar daha sonra digər bazarlara da ixrac ediləcəklər, lakin bu ölkələrin siyahısı açıqlanmayıb.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.