Bu günlərdə İnternet şəbəkəsində yeni Hyundai Grandeur modelinin şəkilləri peyda olub. Şəkillərdəki modelin cari Granduer sedanından ciddi fərqlənməsinə baxmayaraq, yeni modelin tamamilə yeni və ya yenilənmiş model olduğu barədə məlumat yoxdur. Qeyri-adi dizayner həllərindən biri radiator barmaqlığına inteqrasiya edilmiş rombşəkilli gündüz hərəkət işıqlarıdır.
Hyundai Grandeur modelinin eksteryeri koreya markasının son dizayn konsepsiyasına uyğun gəlir. Yeni sedan iri radiator barmaqlağına, başqa formalı arxa işıq texnikasına, «süzən» mərkəzi konsola və daha böyük mərkəzi displeyə sahib olub.
Yeni Hyundai Grandeur modelinin mühərrik çeşidinə 280 at qüvvəsinə malik olan 2,5-litrlik Theta III mühərriki və hibrid güc qurğusu daxil ediləcəkdir. Hyundai markasının yerli nümayəndəsi dekabr ayından başlayaraq yeni modelə sifarişləri qəbul edəcəkdir. Ilk avtomobillər müştrilərə mart-aprel ayılarında çatdırılacaqdırlar.