Hyundai şirkəti Şanxay avtosalonunda ix25 krosoverinin ikinci nəslini nümayiş etdirib. Bizim bazarda Hyundai Creta kimi tanınan krossover bayraqdar Palisade modelinin üslubunda dizayna və multimedia sisteminin mərkəzi tonneldə yerləşdirilmiş «planşetinə» sahib olub.
Yeni Hyundai ix25 modeli sələfindən 30 millimetr uzun və 10 millimetr enli olub. Krossoverin təkər bazası da 20 millimetr böyüyüb. Mühərriklər barədə rəsmi məlumat verilməsə də, çin jurnalistləri modelin 1,4-litrlik turbomühərriki və 1,6-litrlik atmosfer mühərriki ilə təchiz ediləcəkdir. Hindistanda krossover 1,5-litrlik benzin və dizel mühərrikləri ilə təklif olunacaqdır.
Krossoverin salonunda da ciddi dəyişikliklər baş verib. Krossover əksər funksiyaların idarəetməsinə cavabdeh olan multimedia sisteminin şaquli displeyinə, aşağı hissəsi «kəsilmiş» sükan çarxına və ABS sisteminin işinə nəzarət edən Terrain Response hərəkət rekiminin selektoruna sahib olub.