Yeni Santa Fe modelinin eksteryer və interyeri demək olar ki, bir ay bundan öncə nümayiş etdirilib. İndi isə, Hyundai şirkəti model haqqında təfərrüatları açıqlayıb. Qeyd etmək gərəkdir ki, yeni krossover Cənubi Koreyadan kənarda yalnız altı aydan sonra peyda olacaq.

Bucaqlı dizayn və uzadılmış təkər bazası sayəsində krossoverin salon və baqaj bölümünün tutumunu artırmaq mümkün olub. Kiçik əşyalar üçün daha çox bölmə nəzərdə tutulub. Mühərrik çeşidində də sürpriz var: Hyundai Santa Fe dizeli aqreqatını itirib və yalnız dördsilindrli mühərriklərlə təklif olunur.

Hyundai Santa Fe

Beşinci nəsil Hyundai Santa Fe modelinin ümumi uzunluğu 45 millimetr, eni - 35 millimetr, oxlar arasındakı məsafə isə 50 millimetr artıb. İnteryer sərnişinlər üçün daha rahat olub: həm ikinci, həm də üçüncü cərgələrdə ayaq zonasında və sərnişinlərin başı üzərində daha çox yer var.

Arxa tərəfin və tərkibli fənərlərin kubik forması beşinci qapının girişini 13% artıraraq 1275 millimetrə çatdırmağa imkan verib. Üç cərgəli  konfiqurasiyada baqajın həcmi 634 litrdən 725 litrə qədər artırılıb. Rəsmi şəkillərdə Hyundai Santa Fe damda çadırı olan və salonda dincəlmək yeri olan kemper kimi göstərilib. 

Hyundai Santa Fe XRT

Bundan başqa, güc baqajı, nərdivanı, Land Rover Defender üslubunda xüsusi bərkitmə nöqtələri və “dişli” təkərləri olan XRT “ofroud” versiyası da bəyan edilib.

Satışların başlanğıcında Hyundai Santa Fe yalnız benzin mühərrikləri ilə təklif ediləcək. Baza versiyası 2,5-litrlik atmosfer mühərriki (194 at qüvvəsi, 246 Nm) və 8-pilləli “avtomat” ilə təchiz edilir. Opsional olaraq, 8 -pilləli “robot” ilə tandemdə çalışan eyni həcmli (281 at qüvvəsi, 422 Nm) turbomühərrik təklif edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

1,6-litrlik turbomühərrik və quraşdırılmış elektrik mühərriki olan 6-pilləli “avtomat” ilə təchiz edilmiş hibridlər ayrıca mövqeləndirirlər. Əvvəlcə adi hibrid satışa çıxarılacaq, sonra isə, tutumu artırılmış batareyaya malik olan təkrar doldurulan hibrid təklif ediləcəkdir.

Yeniliyin təchizat səviyyələri və qiymətləri avqustun sonuna qədər açıqlanmalıdır - amma hələlik yalnız Cənubi Koreya bazarı üçün. Avropa və ABŞ-da “beşinci” Hyundai Santa Fe 2024-cü ilin birinci rübündə peyda olacaq, yerli versiyaların xüsusiyyətləri isə payızda açıqlanacaq. Hazırda krossoverin ABŞ-dakı satış qiyməti 30-44 min dollar arasındadır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.