Bir müddət bundan öncə Infiniti şirkəti Nyu-York avtosalonunda QX Monograph Concept konseptual ofroderini təqdim etmişdi. Konsept növbəti nəsil Infiniti QX80 ofroderinin carçısıdır. Bu günlərdə yeni modelin konveyeri tərk edən sələfinin platform və transmissiyasını istifadə edəcəyi məlum olmuşdur.
Bu barədə məlumatı Roland Kryugerə istinadən Motor Trend nəşri dərc etmişdir. Müsahibə zamanı premium yapon markasının rəhbəri “2018-ci ildə yeni ofroderin sələfinin platform və aqreqatlarını istifadə edəcəyini” bildirmişdir. Bu o deməkdir ki, dəbdəbəli ofroderin kapotunun altında 400 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edən 5,6-litrlik V8 mühərriki yerləşəcəkdir. Jurnalistlərin yeni model üçün onun sələfinin aqreqatlarının istifadə edilməsinin qeyr-adiliyinə cavab verən Kryuger QX80 modelinin çox uğurlu arxitekturaya malik olduğunu və bazarın tələblərinə yaxşı cavab verdiyini bildirmişdir.
Yeni modelin konseptin motivlərinə uyğun olaraq hazırlanmış eksteryerə və yenilənmiş interyerə malik olacağı ehtimal edilir. Yeni ofroderin istehsalına gələn ilin sonunda başlanacağı söylənilir.