Jeep Grand Cherokee modeli yeni nəsli Avropa bazarına çıxmağa hazırdır, lakin onun yerli modifikasiya çeşidi çox kasad olacaqdır.Avropada yalnız 4910 millimetrlik uzunluğu olan “qısa” variant əlçatandır. İki cərgəli salonla təklif edilən Grand Cherokee qoşulan hibrid (PHEV) güc qurğusu ilə hərəkətə gəlir. Sırf benzin mühərrikli avtomobillər avropalılara təklif edilməyəcəklər. Dizel modifikasiyaları isə çeşiddə ümumiyyətlə mövcud deyillər.
Hibrid mühərrikli Jeep Grand Cherokee 4xe modeli yanacağın birbaşa püskürdülməsi və ikiaxınlı tubokompressoru olan 274 at qüvvəli 2,0-litrlik dördsilindrli benzin mühərriki ilə təchiz edilir. Elektrik hissəsinə 8-pilləli “avtomata” quraşdırılmış dartma elektromotoru və kəmərli ötürməsi olan startyor-generator cavabdehdir. Hibrid qurğunun ümumi hasilatı 380 at qüvvəsi və 637 Nm fırlanma anıdır.
Məişət elektrik şəbəkəsinə qoşulan 17 kilovat-saatlıq batareya döşəmənin altında yerləşir və 400-voltluq gərginlik ilə işləyir. Grand Cherokee 4xe sırf elektrik ötürməsi ilə hərəkət edə bilər – fərdi mufta benzin mühərrikini elektromotordan ayırır və ofrouder elektrik rejimində 51 kilometrə qədər məsafə qət edir.
Avropada satılan krossoverlər azaldıcı pilləsi və arxa differensialın kilidlənməsi olan ən qabaqcıl Quadra-Drive II tam ötürmə sisteminə, Quadra-Lift pnevmatik asqısına sahib olacaqdır. Select-Terrain sistemi Auto, Sport, Rock, Snow və Mud/Sand ofroud rejimlərini ehtiva edir.
Hələlik sifariş üçün Exclusive Launch Edition “salamlama” seriyasından olan Grand Cherokee modelləri əlçatandırlar. “Salamlama” seriyasından olan ofrouderlər 21-düymlük təkər diskləri, dəri salon və sərnişin displeyi də daxil omaqla, tam opsiyalar dəsti ilə təchiz edilirlər. Daha sadə versiyaların satışına aprel ayında başlanacaqdır. Yeni Jeep Grand Cherokee modelinin Avropadakı satış qiymətləri açıqlanmayıb. ABŞ-da Grand Cherokee 4xe modelinin qiyməti 58 min dollardan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.