Jeep şirkəti yeni Grand Cherokee L modelini Quadra-Lift pnevmoasqısından məhrum edib. Mikroçip çatışmazlığı səbəbindən Grand Cherokee L ofrouderləri, təchizatından asılı olmayaraq, adi yaylı asqı ilə təchiz olunurlar və pnevmoasqılı versiyanı əvvəlcədən sifariş etmiş müştərilərə 750 dollar geri qaytarılacaqdır. Quadra-Lift pnevmoasqısı klirensi və giriş bucağını artırmağa imkan verir, buna görə də belə asqısı olmayan model ofroud qabiliyyətini itirib.

Qapalı hava dövrəsi olan adaptiv Quadra-Lift pnevmatik asqısı Grand Cherokee L modelinin yolsuzluq qabiliyyətini genişləndirir - qət edilən çay keçidinin dərinliyi 610 millimetrə çatır, klirens 107 millimetr aralığında dəyişir, kuzovun ən yuxarı mövqeyi isə 277 millimetrdir.

Mikroçip çatışmazlığı başlamazdan əvvəl Quadra-Lift dayaqları Jeep ofrouderinin üç top versiyasının standart avadanlığına daxil idi. Eyni zamanda, Grand Cherokee L modelinin amerikalı sinif yoldaşlarında belə bir sistem yoxdur.

Jeep səlahiyyətliləri elektron komponent çatışmazlığının nə qədər davam edəcəyi barədə heç bir məlumat verməyiblər. Şassi sadələşdirildikdən sonra ən bahalı Grand Cherokee L modelləri 750 dollar ucuzlaşıb. Eyni məbləğ, artıq pnevmoasqılı ofrouderləri sifariş edən müştərilərə geri qaytarılacaqdır.

Avqust ayında, mikroçiplərin olmaması səbəbindən, Jeep şirkəti Gladiator pikaplarının istehsalını dayandırmaq məcburiyyətində qalmışdı. Digər avtomobil istehsalçıları da yarımkeçirici çatışmazlığından ilə eyni şəkildə əziyyət çəkirlər: Volkswagen şirkəti Fox şəhər avtomobilini məlumat-əyləncə sistemindən məhrum edib, General Motors konseerni isə, Silverado və Sierra pikaplarındakı silindrlərin qismən deaktivasiya olunması funksiyasını ləğv edib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.