Xarici kütləvi informasiya vasitələrinin əlinə Jeep şirkətinin ABŞ-da markanın dilerləri üçün keçirdiyi xüsusi tədbirdə çəkilmiş plakat keçmişdir. Bu plakatda amerikan istehsalçısının yenilənmiş Renegade, Wrangler, Cherokee və Grand Cherokee modelləri ilə yanaşı, iri ölçülü yeni krossoverinin də təsvirləri mövcuddur.

Çox güman ki, bu ofroder Grand Wagoneer adını alacaq avtomobildir. Jeep şirkətinin Wagoneer adını bərpa etmək niyyətinin olduğu 2012-ci ildə məlum olmuşdur. İlkin məlumata görə Wagoneer modeli, gələcəkdə növbəti Grand Cherokee ofroderinin əsasını təşkil edəcək yeni platformada hazırlanacaqdır.

Bu avtomobil Dodge Durango ilə bənzər ölçülərə malik olan yeddi yerlik ofroder olacaqdır. Modelin mühərrik çeşidinə altı silindirli mühərriklər, həmçinin səkkiz silindirli HEMI mühərriki daxil olacaqdır. Layihənin rəhbəri Sercio Markionne yeni modelin buraxılışının Dodge Ram modelinin istehsal edildiyi Detroytdakı zavodda yerləşdiriləcəyini bildirmişdir.

Jeep Wagoneer modleinin istehsalına 2018-2019-cu illərdə başlanması gözlənilir. Wagoneer modeli Range Rover ofroderi ilə rəqabət aparmalıdır. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt