Jeep Wagoneer S elektrik krossoverinin tamölçülü təqdimatı mayın 30-da baş tutmalıdır, hələlik isə, Stellantis konserni yeniliyə marağı artırmağa çalışır. Buna rəqiblərlə əlverişli müqayisələr də daxildir. Qeyd etmək gərəkdir ki, Amerikada belə bir fənd qanunla qadağan olunmayıb. Müqayisə üçün başlanğıc nöqtəsi kimi isə, əlbəttə ki, planetin ən populyar elektromobili - Tesla Model Y götürülüb ki, o, sadəcə olaraq yeni buraxılacaq Jeep elektrokarına uduzmaya bilməzdi.

Rəsmi tanıtım videosunda yarış trekində 60 mil/saat (97 km/saat) həddinə sürətlənmədə yarışma göstərilir. Jeep Wagoneer S ofrouderi Tesla Model Y Performance modelinin 3,5 saniyə sərf etdiyi sürətlənməni 3,4 saniyəyə tamamlayaraq kiçik fərqlə qalib gəlib. Jeep elektrokarının ən yüksək hasilatı da məlum olub - 608 at qüvvəsi və 836 Nm. Dolu batareya ilə bəyan edilmiş yürüş məsafəsi 483 kilometrdir ki, bu da Tesla elektrokarının pasport üzrə yürüş məsafəsindən (449 kilometr) 44 kilometr çoxdur.

Üstəlik, hətta Jeep Grand Cherokee Trackhawk modeli də elekromobilə uduzub. Bu bir vaxtlar ən güclü və ən sürətli ofrouder bir neçə ildir istehsaldan çıxıb, lakin onun göstəriciləri hələ də təsiredicidir. Mexanik kompressorlu 6,2-litrlik Hemi V8 mühərriki 717 at qüvvəsi və 874 Nm hasil edir ki, bu da 2,5 ton ağırlığında olan ofrouderə 60 mil/saat həddini 3,5 saniyəyə toplamağa imkan verir. Artıq bildiyimiz kimi, Wagoneer S bunu saniyənin onda biri daha yeyin həyata keçirir.

Image alt Image alt

Əvvəllər Jeep Wagoneer S elektrik ofrouderinin STLA Large platformasında qurulduğu və bu platformanın maksimal tutumu 118 kilovat/saat olan dartma batareyasının quraşdırılmasına imkan verdiyi məlum olub. Krossover haqqında ətraflı məlumat bu həftə rəsmi təqdimatdan sonra açıqlanacaq. Jeep elektromobilinin ABŞ-dakı bazar debütü payızda baş tutmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.