Jeep şirkəti yeni Wagoneer S elektrokarının rəsmi şəkillərini dərc edib. Amerikan istehsalçısı bu dəfə elektrokrossoverin eksteryeri ilə yanaşı, interyerinin də təsvirlərini dərc edib.

Zahirən Wagoneer S krossoveri demək olar ki, eyniadlı konsepti təkrarlasa da, onun interyer çərçivəli Jeep Wagoneer ofrouderi ilə eyni üslubda hazırlanıb: ön paneldə dörd sensorlu displey quraşdırılıb – rəqəmsal cihazlar paneli, multimedia sisteminin displeyi, sərnişin üçün ekran və klimat-kontrola cavabdeh olan taçskrin.

Krossoverin təchizatı ilə bağlı yeni məlumatlar da peyda olub. Jeep Wagoneer S modeli fiziki düymələri olan çoxfunksiyalı sükan çarxını, açılan lyuku olan panoram damı, kontur işıqlandırmasını və 19 dinamikli McIntosh səs sistemini alacaq.

İkimühərrikli güc qurğusunun hasilatı da təsdiqlənib - Wagoneer S elektromobili 600 at qüvvəsinin üzərində gücə malik olmalıdır. Batareyanın tutumu haqqında hələlik məlumat verilməyib, lakin Wagoneer S modelinin dolu batareya ilə 640 kilometrə qədər məsafə qət edəcəyi məlumdur. Elektromobil sıfırdan 60 mil/saata (saatda 97 kilometr) 3,5 saniyəyə sürətlənəcək.

Image alt Image alt Image alt Image alt Image alt

Yeni elektrokarın ABŞ-dakı satışlarına bu ilin payızında başlamaq planlaşdırılır. Jeep Wagoneer S, yeni nəsil Cherokee ilə eyni müəssisədə - Meksikanın Toluka şəhərindəki zavodda istehsal ediləcək. Elektrokarın digər bazarlardakı satışına 2025-ci ildə başlanılmalıdır.

Wagoneer ailəsi 2021-ci ildə debüt etmiş tam ölçülü Wagoneer və Grand Wagoneer, həmçinin 2022-ci ilin yazında təqdim edilmiş uzunbazalı Wagoneer L və Grand Wagoneer L versiyalarından ibarətdir. Bundan əlavə,  qara rəngə boyanmış radiator barmaqlığı, yan güzgülərin korpusları, reylinqləri, fənər içlikləri və təkər diskləri olan Wagoneer Carbide Edition versiyası da var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.