Bu gün internet şəbəkəsində növbəti nəsil Jeep Wrangler ofroderinin broşürasından çıxarılmış təsvirlər olan fotoşəkillər yayılıb. Bir müddət bundan öncə, yeni modelin mühərrik çeşidi barədə məlumat vermişdik.
Yeni “Renqlerin” mühərrik çeşidinə 286 at qüvvəsinə malik olan 3,6-litrlik altı silindrli benzin mühərriki də daxil ediləcəkdir. Hazırda bu mühərrik Jeep Grand Cherokee modelinə quraşdırılır. Əvvəllər yeni avtomobilin dizel və hibrid güc aqreqatı ilə də təchiz ediləcəyi bildirilmişdir. Doğrudur, hibrid variant mühərrik çeşidinə sonuncu olaraq daxil ediləcəkdir. Ofroder mexaniki və səkkiz pilləli avtomatik ötürmələr qutuları ilə birgə çalışacaqdırlar.
Yeni nəsil “Renqler” modeli rama konstruksiyasını qoruyub-saxlayacaq, lakin alüminiumdan kuzova malik olacaqdır. Eyni zamanda, avtomobil bölünməyən körpülərdən də məhrum olacaqdır. Ofroderin təchiz edildiyi tam çəkiş sistemi də dəyişəcəkdir – artıq ön oxun birləşməsinə elektronika cavabdeh olacaqdır. Yeni Jeep Wrangler modeli dekabr ayının əvvəlində keçiriləcək Los-Anjeles avtosalonunda təqdim ediləcəkdir.