Jeep şirkətinə ehtiyat hissələrinin tədarük edən Quadratec firması özünün 30 illik yubileyini qeyd edir. Bu münasibətlə, firmanın qurucusu olan Ted Ventz III üçün xüsusi hədiyyə hazırlanıb. Bu, 1989-cu ilin Wrangler YJ Sahara modelinin üslubunda görkəmə malik olan yeni Wrangler JL ofrouderidir.
Quadratec hekayəsi ABŞ-ın Pennsilvaniya ştatının cənub-şərqindəki kiçik bir qarajda başlayıb. Məhz orada, şirkətin qurucusu Ted Ventz III 1989-cu ilin istehsalı olan Jeep Wrangler YJ Sahara modelinə aşiq olub və ofrouderlər üçün ehtiyat hissələrinin və aksessuarların satışı ilə məşğul olmağa qərar verib. Onun avtomobilə olan sevgisi uşaqlarına da keçib. Onlar əlamətdar hadisəni qeyd etmək üçün, atalarına xüsusi hədiyyə hazırlamaq qərarına gəliblər və unikal Wrangler YJL Sahara modelini yaradıblar.
Ofrouderin əsasını 2020-ci ilin ikiqapılı Wrangler JL modeli təşkil edir. Avtomobil 1989-cu ildəki ofrouder ilə eyni rəngə boyanıb (hətta yan tərəflərdəki qrafika da orijinala bənzədilib). Ən çox nəzərə çarpan dəyişiklik isə, əlbəttə ki, ön fənərlərdir: onlar YJ seriyasında olduğu kimi dördkünc formaya malikdirlər və yeni radiator barmaqlığına quraşdırılıblar. Ön bamper də, Wrangler YJ modelindən ilham alınaraq yaradılmış, iki yedək qarmağı və hər birində 5000 lümen olan iki LED projektorla təchiz edilmişdir.
Dönmə siqnalları və gündüz hərəkət işıqları inteqrasiya edilmiş Rock Slide Engineering alüminium qanadları, 37-düymlük Mickey Thompson Baja Boss təkərləri taxılmış Quadratec CJ Retro disklərini quraşdırmağa imkan verib - xatırladaq ki, seriya modeli maksimum 33-düymlük təkərlərlə təchiz edilir. Kapotda açılan ön şüşəni qeydə almaq üçün xüsusi bərkitmələr var, şüşəsilənlər isə Wrangler YJ modelində olduğu kimi quraşdırılıblar. Kandarları Quadratec QRC ayaq dayaqlarını qoruyur, orijinal qapıların əvəzinə isə firma boru qapıları quraşdırılıb.
Arxa hissədə, Wrangler YJ modelinin fənərlərinə bənzərən yeni LED işıqlar və düz bamper quraşdırılıb. Yanacaq doldurma nöqtəsi sol tərəfdən, köhnə avtomobillərdə olduğu kimi, nömrə nişanın altına köçürdülüb. Baqaj qapağının mərkəzində əlavə əyləc işığı və arxa görüntü kamerası quraşdırılmış TeraFlex Alpha HD ehtiyat təkər dəsti quraşdırılıb.
Jeep Wrangler YJL Sahara modelinin salonunda inteqrasiya edilmiş başlıqları və arxa hissəsində müxtəlif əşyalar üçün çantaları olan oturacaqları görmək olar. Ön panelin mərkəzi hissəsində suya və toza davamlı doqquz düymlük IP53 ekranına sahib olan Alpine X409-WRA-JL media sistemi yerləşdirilib. İkinci sıranın oturacaqlar çıxarılıb, dam isə 45 dərəcəlik bucaqla quraşdırılmış iri borular ilə bitir.
Ofrouderin asqısı TeraFlex RT4 Long Arm Suspension Lift Kit dəstinin komponentlərinə əsaslanır. Dəstin tərkibinə uzadılmiş qollar, yaylar, damperlər, stabilizatorlar, tənzimlənən Falcon 3.5 Adapt amortizatorları və köndələn ştanqlar daxildir. Avtomobilin klirensi 90 millimetr artırılıb.
Kapotun altında səkkiz pilləli TorqueFlite “avtomatı” ilə tandemdə çalışan 3,6-litrlik V6 Pentastar mühərriki yerləşir. Standart mühərrik 289 at qüvvəsi və 352 Nm fırlanma anı hasil edir, lakin paslanmayan poladdan hazırlanmış Magnaflow buraxılış sistemi sayəsində güc aqreqatının hasilatı bir qədər yüksək olacaqdır.