Bir neçə gün bundan öncə Kia şirkəti növbəti nəsil Kia K5 modelinin ilk tizerlərini dərc edib. Cənubi Koreyada Kia K5 adı ilə satılan model bizim bazarda Optima kimi tanınır.Tizerlərin dərc edilməsindən sonra Kolesa.ru saytının dizaynerləri yeni modelin renderlərini hazırlayıblar.
Tizerlərdə təsvir edilmiş sedanın kəskin şəkildə enən dam xəttinə malik olan dinamik silueti və “Z” hərfi şəklində gündüz hərəkət işıqlarına malik olan qeyri-adi ön işıq texnikası diqqəti çəkir. Böyük ehtilmalla, bu fənərlərdə orijinal xətlərə sahib olan yeni nəsil Hyundai Sonata modelində istifadə edilən texnologiya tətbiq ediləcəkdir.
Arxa hissədə isə kuzovboyu uzanan işıqdiodlarından bötüv zolağı, çıxıntılı xrom tərtibatı və kuzovun yan tərəflərinin qeyri-adi plastikasını görmək olar. Qapı dəstəklərinin olmaması isə onların seriya modelində tətbiq edilməyəci anlamına gəlmir – çox güman ki, qarşımızdakı reallığa şərti şəkildə yaxın olan dizayner eskizləridir.
Eyni zamanda, eskizlərin arasında interyerin də təsviri mövcuddur. Burada tam rəgəmsal cihazlar panelini, multimedia sisteminin başqa formalı displeyini və minimalizm ruhunda dizayn edilmiş mərkəzi konsolu görmək olar. Bundan başqa, ötürmələr qutusunun iri dəstəryinin şayba formalı selektro ilə əvəzləndiyi diqqəti çəkir. Yeni sedanın debüt tarixi açıqlanmasa da, tizerlərin dərc edilməsi ilə başlanmış kampaniya bu tarixin yaxın olduğuna işarə edir.
Mənbə: Колёса.ru