Kia şirkətinin Sorento modelinin yeni nəslini hazırladığı barədə məlumat vermişdik. Bu gün isə, İnternet şəbəkəsində yeni krossoverin şəkli peyda olub. Yeni Sorento barədə məlumat verilməsə də, şəkildəki avtomobilin mürəkkəb optikaya və Ford Explorer modelinə bənzəyən ön hissəyə malik olduğu nəzərə çarpır.

Şayiələrə görə, yeni Kia Sorento zahiri cəhətdən tamamilə dəyişəcəkdir - krossover yeni «pələng maskası» dizayn üslubunda eksteryerə sahib olacaqdır. Yeni dizayn üslubu artıq Kia Optima modelinin növbəti nəslində debüt edib. Bundan başqa, krossover Smartstream ailəsindən olan mühərriklərə sahib olacaqdır.

Konstruksiya və texniki hissəyə gəldikdə isə, yeni Sorento modelinin kuzovunda da Hyundai Santa Fe kimi isti döyməli yüksək möhkəmlikli poladdan geniş istifadə ediləcəkdir. Eyni zamanda, modelin tam ötürmə sistemi təkmilləşdiriləcək, yardımçı sistemlərin siyahısı genişləndiriləcəkdir. Yeni nəsil Kia Sorento modeli ya cari ilin sonunda, ya da ki, gələn ilin əvvəlində debüt eməlidir.

Mənbə: TheKoreanCarBlog