Rəsmi şəkillərin yayımlanmasından bir ay sonra Kia şirkəti özünün ən populyar modellərindən biri olan Sportage krossoverinin beşinci nəsli barədə məlumatı paylaşıb. Satış bazarından asılı olaraq, radikal şəkildə dəyişdirilmiş krossover uzun və ya qısa təkər bazası ilə təklif ediləcəkdir.
İlk zamanlarda yeni krossover iki "qənaətcil" mühərriklə (benzin və dizel) təklif olunacaqdır. Koreya markasının dərc etdiyi mətbuat açıqlamasında, sonradan krossoverin mühərrik çeşidinə hibrid güc qurğularının və digər daxili yanma mühərriklərinin daxil olunacağı da bildirilir.
Beləliklə, satışların başlanğıcında Sportage modeli 180 at qüvvəsi və 264 Nm fırlanma anı hasil edən 1,6-litrlik dördsilindrli TGDI mühərriki ilə təchiz ediləcəkdir. Mühərrik altı pilləli mexaniki ötürmələr qutusu və ya yeddi pilləli "robot" ilə tandemdə çalışacaqdır.
Bir qədər güclü modifikasiya isə, səkkiz pilləli “avtomat” ilə birlikdə çalışan 186 at qüvvəsi və 416 Nm fırlanma anı hasil edən 2,0-litrlik dördsilindrli dizel mühərriki ilə təklif ediləcəkdir. Bu aqreqat təkmilləşdirilmiş turbokompressorla təchiz edilir. Kia şirkətinin bildirdiyinə görə, hər iki mühərrik qənaətcilliyi və zərərli tullantıların aşağı səviyyəsi ilə seçilir.
Texniki xüsusiyyətlərdən başqa, Cənubi Koreya markası yeni modelin ölçüləri və avadanlığı ilə bağlı detalları açıqlayıb. Beləliklə, yeni Sportage standart və uzunbazalı versiyalarda təklif ediləcəkdir. Beşinci nəsil Kia Sportage modelinin uzunluğu 4660 millimetr, eni - 1865 millimetr və hündürlüyü isə 1660 millimetr təşki edir.
Beləliklə, yeni krossover sələfindən 175 millimetr uzun, 10 millimetr enli və 15 millimetr hündürdür.Avtomobilin təkər bazası da 86 millimetr artaraq 2755 millimetrə çatıb. Çox güman ki, bu rəqəmlər uzunbazalı versiyanın deyil, standart krossoverə aiddir: bənzər dəyişikliklər nəsil dəyişdirən Hyundai Tucson modelidə də baş verib.
Yeddi dizayn variantında təklif edilən təkər disklərinin ölçüləri, təchizatdan asılı olaraq, 17 ilə 19 düym arasında dəyişir.
Sportage modelinin salon daha geniş olub: birinci və ikinci sıranın oturacaqlarının arxasındakı məkan 1050 millimetrə qədər artıb. Oturacaq yastıqlarından tavana qədər olan məsafə 1000 millimetrə, baqaj bölümünün həcmi isə 637 litrə ( arxa arxalar şaquli vəziyyətində) çatır. Arxa oturacaqlar bir düymə ilə qatlanaraq rəvan döşəməni yaradırlar.
Ön paneldəki vahid şüşənin altında multimedia sisteminin sensorlu ekranı və rəqəmsal cihazlar paneli yerlşəir. Hər iki displeyin ölçüsü 12 düymdür. Yeni Sportage ayrıca smartfonların sizmsiz doldurulması meydançasına və Harman Kardon premium səs sisteminə sahib olub, tərtibat isə dha keyfiyyətli hala gəlib.
Yeni nəsil Hyundai Tucson modeli ilə eyni N3 arxitekturası üzərində inşa olunmuş Kia Sportage modeli, real vaxt rejimində dempfirləməyə nəzarəti təmin edən ECS sistemini alıb.
Tam ötürmə sistemindən başqa, qar, palçıq və qum da daxil olmaqla müxtəlif yol səthləri üçün optimal parametrləri müstəqil şəkildə seçə bilən xüsusi Terrain Mode hərəkət rejimi də mövcuddur.
Asfaltda Sportage Comfort, Eco, Sport və ya Smart profilləri olan Drive Mode rejiminə keçir. Bundan əlavə, Kia şirkəti, gələcək hibridlərdə döngələrdə dinamikanı və idarəetməni yaxşılaşdıracaq E-Handling sistemini quraşdıracağını bildirib.
Kia Sportage ön tərəfdə McPherson dayaqları, arxada isə dördqollu asqı ilə təklif olunur. Nəsil dəyişikliyi ilə, asqı və sükan idarəetməsi təkmilləşdirmələrə məruz qalıb. Krossoverin avadanlıq siyahısına piyadaları və velosipedçiləri aşkarlayaraq toqquşmaların qarşısını alan, habelə magistral yollarında sürücüyə yardım edən sistemlərə və kor zonalara nəzarət funksiyasına malik olan Advanced Drivers Assistance System (ADAS) yardımçı sistemlər kompleksi daxildir.
Ağıllı kruiz-kontrol naviqatorla tandemdə işləyir. Bu sistem dönglərdən əvvəl krossoveri yavaşladır və düz yola çıxdıqdan sonra isə sürətləndirir. Uzaqdan parklanmağa və ya dar yerdən çıxmağa kömək edən park yardımçısı da mövcuddur.
Artıq bildiyimiz kimi, “adi” Sportage modelindən başqa, Kia daha brutal dizayna malik olan X-Line yolsuzluq versiyasını, həmçinin parlaq və seçilən kuzov rəngləri olan GT-Line “idman” modifikasiyasını da buraxacaqdır.
Beşinci nəsil Kia Sportage modeli bu ilin sonuna qədər dünya bazarına çıxarılacaqdır. Satışların başlanmasına yaxın istehsalçı yeni modell haqqında daha ətraflı məlumat açıqlamağa söz verib.