Kia şirkəti yeni nəsil Sportage krossoverini ABŞ-dakı debüt tarixini açıqlayıb – 27 oktyabr. Yeni modelə marağı artırmaq üçün şirkət onun tizer-şəklini dərc edib: şəkildən göründüyü kimi, Şimali Amerika bazarına modelin uzunbazalı qlobal versiyası çıxacaqdır. Sportage modelinin ABŞ-dakı satışları gələn ilin əvvəlində başlamalıdır. Eyni vaxtda, modelin Avropa bazarı üçün nəzərdə tutulmuş, ön və arxa tərəfin fərqli dizaynına malik olan qısabazalı versiyası Köhnə Dünyada satışa çıxacaqdır.
Kia şirkəti Amerika bazarında satılacaq model haqqında heç bir məlumat verməyib. Krossoverin artırılmış klirensə, çoxsaylı hərəkət rejimlərinə, yolsuzluq şinlərinə və sürücü yardımçılarına malik olacağı bildirilib. Krossoverin mühərrik çeşidinə “müxtəlif gücü olan və məhsuldar mühərriklər” daxil olacaqdırlar. Ötürmə - ön oixa və ya tam olacaqdır.
Yeni nəsil Kia Sportage modelinin Azərbaycan bazarındakı satışlarının gələn ilin mart-aprel aylarında başlanması gözlənilir. Bizim bazarda krossoverin Avropa üçün nəzərdə tutulmuş qısabazalı versiyası təklif olunacaqdır. Yeni modelin satış qiymətləri açıqlanmayıb.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.