Yenilənmiş Lamborghini Huracan ailəsində tam ötürməyə və aktiv aerodinamikaya malik olan Huracan ekstremal Performante top versiyasının yeri hələ də boşdur. Lakin arxa ötürməli modifikasiyaların çeşidi yenidən genişlənib: Huracan Evo RWD və Huracan STO superkarlarının sırasına Huracan Tecnica adlı kupe də qoşulub.

Bununla belə, texniki cəhətdən heç bir yenilik yoxdur. Yeni kupe Huracan STO modelində quraşdırılan 640 at qüvvəsi və 565 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı iki muftalı yeddi pilləli “robot” ilə tandemdə çalışır, şassi isə, STO versiyasındakı kimi tam idarə olunur: arxa təkərlərin dönməsinə iki elektromexaniki aktuator cavabdehdir.

Əslində, Lamborghini Huracan Tecnica kupesinin əsas cəhəti onun dizaynıdır! Yeni versiyanı ön bamperdəki böyük Y-şəkilli əlavələr sayəsində asanlıqla ayırd etmək olar. Üstəlik, karbon-keramik əyləcləri soyutmaq üçün, onlara havanın daxil olduğu (bütün sahəsində olmasa da) barmaqlıqlar quraşdırılıb.

Splitterin forması dəyişdirilib, ön baqaj qapağı karbondan hazırlanıb, alın şüşəsinin alt hissəsindəki məkan isə qara rəngdədir.

Arxa tərəf də yenidən işlənib. Yeni mühərrik qapağı bir qədər aşağıda quraşdırılıb, odur ki, Huracan Tecnica şaquli arxa şüşəyə malikdir. Arxa tərəfdə isə, arxa oxdakı yerəbasma gücünü 35% artırmağa (Evo RWD versiyası ilə müqayisədə) imkan verən sabit antiqanad quraşdırılıb.

Arxa diffuzor böyüdülüb, yeni bamper “kəsilmiş” künclərə malikdir. Dəyişdirilmiş dayaq superkarın ümumi uzunluğunu 4520-dən 4567 millimetrə qədər artırıb. Ümumi qaldırma qüvvəsi 20% azaldılıb.

Tecnica versiyası asqının yenidən işlənmiş tənzimləmələrinə sahib olub , həmçinin LDVI (Lamborghini Dinamica Veicolo Integrata) hərəkət elektronikası başqa tənizmləmələrə malikdir: Strada, Sport və Corsa rejimlərində hətta arxa təkərlərin dönmə dərəcəsi də fərqlidir.

İnteryerin diqqət çəkən məqamlarına misal kimi, cihazlar panelinin yenidən işlənmiş qrafikasını və zamşa ilə genişləndirilmiş tərtibatı göstərmək olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nəticədə, 640 at qüvvəli kupenin boş çəkisi 1379 kiloqram təşkil edir. Müqayisə üçün, 610 at qüvvəli Huracan Evo RWD modeli - 1389, 640 at qüvvəli Huracan STO treki modeli isə, 1339 kiloqramlıq çəkiyə malikdir. Dinamik xüsusiyyətlər baxımından Huracan Tecnica bu modifikasiyaların arasında yerləşir: 100 km/saata sürətlənmə vaxtı 3,2 saniyə, 200 km/saata isə 9,1 saniyədir. Maksimal sürət - 325 km/saatdır. Lamborghini Huracan Tecnica ilin ikinci yarısında satışa çıxarılacaqdır

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.