Yeni Lancia Ypsilon hetçbekinin debütü gələn ay baş tutmalıdır, bununla belə, yeni modelin kamuflyajsız şəkilləri artıq sosial şəbəkələrdə peyda olub. Lancia sirri sona qədər qoruya bilməyib: dördüncü nəsil Ypsilon hetçbeki İtaliyada, reklam çarxının çəkilişləri zamanı casuslara rast gəlib.

Şəkillərdə avtomobil hər tərəfdən görünür və hətta casuslar olunun salonunu belə çəkməyə müvəffəq olublar. Ypsilon dəyirmi arxa işıqları və ikimərtəbəli ön fənərləri olan orijinal eksteryer dizaynına malikdir. Salonda isə, iki ekranın qeyri-adi yerləşməsini görmək olar.

Yeni Ypsilon keçən ilin sonunda rəsmi tizerlər vasitəsilə qismən məxfilikdən çıxarılmışdı. O zaman hetçbekin “işıqlanan barmaqlığı” və kapotunda böyük LANCIA yazısı olan Pu+Ra HPE konseptinin üslubunda hazırlandığı təsdiqlənmişdi.

İndi bu elementləri real avtomobildə də görmək olar: üç işıq xətti klassik “calice” və ya kasanı əmələ gətirir, markanın adı isə, kontrast üçün parlaq qara paneldə yerləşir. Arxa sütunlar da qara rəngə boyanıblar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Salondakı ön paneldə müxtəlif səviyyələrdə quraşdırılmış iki ekran var. Rəqəmsal cihazlar paneli bir qədər “dərində” yerləşir, multimedia sisteminin ekranı isə əksinə, irəli çıxır. Onun altında deflektorlar bloku yerləşib. Əlbəttə ki, Cassina mebel fabriki ilə birgə hazırlanmış yarımdairəvi tavolino (italyan dilində tərcümədə "masa") platforması da diqqəti çəkir.

Lancia Ypsilon modelinin Edizione Limitata Cassina adlı xüsusi versiyası da olacaq. O, 1906 nüsxəlik məhdud saylı tirajla buraxılacaq (Lancia şirkətinin yarandığı il). İlkin məlumatlara görə, xüsusi seriyadan olan hetçbek 154 at qüvvəli elektrik mühərriki və 54 kilovat-saatlıq batareyadan ibarət olan elektrik güc qurğusu ilə təchiz ediləcək.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.