Yeni Land Rover Defender və Range Rover buraxıldıqdan sonra, bir çoxları Discovery modelinin tamamilə unudulduğunu hesab edə bilərlər. Əslində bu heç də belə deyil. Jaguar Land Rover konserninin baş direktoru Tyerri Bolloreyə istinad edən “Auto Express” nəşri, krossoverin iyerarxiyada daha da yüksələcəyini və qiymət baxımından Defender modelindən uzaqlaşacağını bildirib. Model daha statuslu dizaynı alacaq və onun əsas alıcıları “tələbkar ailələr” olacaqlar.

Çox güman ki, Discovery adı, Defender kimi, bir modelə deyil, bütün ailəyə (indiki Discovery Sport krossoveri nəzərə alınmır) veriləcəkdir. Krossover öndə iki, arxada isə beşqollu asqısı olan Modular Longitudinal Architecture (MLA-Flex) platformasına əsaslanacaqdır. Bu platforma isə, ardınca geniş mühərrik çeşidini gətirəcəkdir. Çeşidə 3,0-litrlik altısilindrli dizel və benzin aqreqatları, BMW şirkətinin 4,4-litrlik V8 mühərriki və plagin hibridlər daxil olacaqdır.

Əlbəttə ki, yeni Discoovery bütün müasir sistemləri alacaqdır. Modelin təchizatına “hava” üzərindən yenilənən Pivi Pro mediasistemi, tam idarələnən şassi, iki klapanlı adaptiv Bilstein amortizatorları olan pnevmodayaqlar, irəli çıxan qapı tutacaqları və Dynamic Light Projection LED fənərləri daxil olacaqdır. Hər bir fara işıq şüasını formalaşdıran və ölçüsünü verən, həmçinin yolda ismarıclar “çəkən” fərdi idarəolunan 1,3 milyon mikrogüzgüdən ibarətdir.

Land Rover Discovery modelinin qiyməti də dəyişəcəkdir. Əgər indi Discovery və Defender indi demək olar ki, aşağı-yuxarı eyni qiymət səviyyəsinə (müvafiq olaraq 57,225 və 51,365 funt sterlinqdən) malikdirlərsə, gələcəkdə “Disko” daha çox İngiltərədə qiyməti 99,375 funt sterlinqdən başlayan Ranger Rover modelinə daha yaxın olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.