Land Rover şirkəti Nürburqrinq trekində yeni Discovery modelinin prototipinin sınaqlarını davam etdirir. Fürsətdən istifadə edən cəsuslar avtomobilin görüntülərini çəkməyə davam edirlər. Bu günlərdə onlara yeni ofroderin ön panelinin bir hissəsini çəkmək nəsib olmuşdur. Kamuflyaj parçasının ön paneli örtməsinə baxmayaraq, interyerin dizayn edilməsi üçün Land Rover şirkətinin yeni üslubunun istifadə olunduğunu və mərkəzi konsolda olan avtomatik sürətlər qutusunun fırlanan dəstəyini müşahidə etmək olar.Tədricən irilənən məlumat-əyləncə sistemlərinin ekranlarının quraşdırılması meyllərinə baxmayaraq, şəkildə görüdüyümüz displeyin ölçüləri o qədər də iri görünmür.
Çox güman ki, qarşımızda duran avtomobilin baza və yaxud test variantıdır. Bildiyimiz kimi, hətta cari Land Rover Discovery modeli 10,2-düymlük ekran təklif edir. Baxmayaraq ki, avtomobil tamamilə kamuflyaj edilmişdir, lakin ön bamperdə olan şəffaf torun altında şaquli dəlikləri müşahidə etmək mümkündür.
Bu da yeni modelin dizaynına Discovery Vision konseptinin təsir etdiyindən xəbər verir. Artıq elan edildiyi kimi, yeni Land Rover Discovery modeli bu ilin payızında keçiriləcək Paris avtosalonunda debüt etməlidir. Yeni avtomobil üçün nəzərdə tutulan mühərriklərdən ən çox tələb edilən mühərriklərin, kompressorlu 3,0-litrlik V6 benzin və 3,0-litrlik dizel mühərrikləri olacağı ehtimal edilir.
Sonradan Discovery ofroderinin mühərrik çeşidinə 2,0-litrlik dörd silindirli mühərrik və hibrid güc aqreqatı daxil ediləcəkdir. Ofroderin «qaynar» variantının olacağı da istisna edilmir.