Yeni 2024 Lexus GX ofrouderinin bir neçə sahibi avtomobilin eksteryerində baş verən qeyri-adi problem barədə məlumat verib: kuzovun plastikdən hazırlanmış detalları, o cümlədən güzgü korpusları və sütunların bəzəkləri normal istismar şəraitinə baxmayaraq, günəş işığına məruz qaldıqda əyilir və əriyirlər.

Arizonadakı Lexus GX sahiblərindən birinin dediyinə görə, dörd gün ərzində dayanacaqda parklanmış avtomobilin yan güzgülərinin korpusu deformasiyaya uğrayıb. Diler mərkəzi diaqnostika apararaq, güzgünün daxili qızdırıcı elementinin nasaz olmadığını bildirib və zəmanət altında olan hissəni dəyişdirməkdən imtina edib. Üstəlik, diler zədənin qoruyucu örtüyün quraşdırılması zamanı baş verə biləcəyini söyləyib.

Image alt Image alt Image alt Image alt Image alt

Ofrouderin Şarlottadan olan başqa bir sahibi daha ciddi zədələr haqqında məlumat verib: onun avtomobilində güzgü korpusundan əlavə, dam baqajının bərkitmə nöqtələrinin örtükləri, arxa qanadın üzərindəki tərtibat elementləri və mərkəzi dayağın parlaq qara rəngli örtmələri deformasiyaya uğrayıb. Eyni zamanda, ofrouderin sahibi onun əvvəlki avtomobillərində heç vaxt belə bir problem olmadığını qeyd edib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.