Dünən, Lexus markası iyun ayının 10-da IS modelinin yeni nəslini təqdim etməyə hazırlaşdığını bildirmişdi. Bu gün isə, yeni Lexus IS sedanının Avropa bazarında satılmayacağı məlum ortaya çıxıb. Sedanın satılacağı əsas bazar Amerika Bilrəşmiş Ştatları olacaqdır.
Yapon markasının Niderlanddakı rəsmi idxalçısına istinad edən AutoWeek nəşri, belə qərarın qəbul edilməsinin əsas səbəbinin daxili rəqabətdən yaxa qurtarmaqdır. Avropada satılan Lexus avtomobillərinin 80 faizi krossover və ofrouderlərin payına düşür. Cari Lexus IS sedanına gəlincə isə, bu model yerli alıcılar arasında elə də populyar olmayıb. Qeyd etmək gərəkdir ki, Azərbaycan da eyni mənzərə ilə qarşılaşmaq olar.
Hazırda, Lexus Avropa bazarında əvvəlki nəsil ES və GS sedanlarını əvəz etmiş yeni Lexus ES modelini təklif edir. Çox güman ki, yapon şirkətinin marketoloqları mövcud olan tələbat səviyyəsinə baxaraq "iki qoçun başının bir qazanda qaynamayacağını" anlayıblar. Bu səbəbdən də yeni Lexus IS modelini əsasən ABŞ bazarında satacaqlar.
Artlq qeyd etdiyimiz kimi, yeni nəsil Lexus IS modelinin təqdimatı Bakı vaxtı ilə 10 iyun tarixində gecə yarısı keçiriləcəkdir. İstehsalçı yeganə tizeri dərc etməklə kifayətlənib. Yeni model haqqında heç bir texniki məlumat verilməyib.