Yeni nəsil Lexus LX modeli öz sələfindən və yeni Toyota Land Cruiser 300 ofrouderindən ciddi şəkildə fərqlənəcəkdir. Şayiələrə görə, ofrouderin top versiyası LX 750h adlı modifikasiya olmalıdır. Təsdiq edilməmiş məlumata əsasən, belə ofrouder 3,5-litrlik V6 mühərrikinin əsasında yaradılmış 481 at qüvvəsi və 871 Nm fırlanma anı hasil edən hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.
Bundan başqa, modifikasiya çeşidinə 415 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 mühərriki ilə hərəkətə gələn LX 600 versiyası da daxil olacaqdır. Qeyd etmək gərəkdir ki, hər iki aqreqat 10-pilləli “avtomat” ilə tandemdə çalışacaqdır.
Lexus şirkətinin LX modelini 3,3-litrlik dizel aqreqatı ilə təchiz edəcəyi hələlik sual altındadır. Digər tərəfdən LC 300 modelinin hibrid güc qurğusu ilə təchiz ediləcəyi barədə məlumat verilməyib. Çox güman ki, yapon istehsalçısı iki ofrouderi mühərriklər baxımından da ayırmaq niyyətindədir.
Land Cruiser modeli ilə eyni arxitekturanı bölüşdürməsinə baxmayaraq, LX modeli özünəməxsus interyer dizaynına sahib olacaqdır. Qeyd etmək gərəkdir ki, növbəti nəsil LX ofrouderinin yeni NX krossoverinin üslubunda məlumat-əyləncə kompleksini alacağı bildirilir. Lakin flaqman ofrouderi 17-düymlük sensorlu displey ilə təchiz ediləcəkdir.
Yeni nəsil Lexus LX modelinin təqdimatı sentyabr ayında keçirilməlidir. Yeni ofrouderin satışlarına ilin sonunda başlanmalıdır. Dəbdəbəli ofrouderin əsas bazarlarından biri ABŞ olacaqdır. Qeyd etmək gərəkdir ki, LC 300 modeli ABŞ bazarında satılmayacaqdır.
Yeri gəlmişkən, Lexus modeli üç oturacaq cərgəsi olan iri ofrouderi də hazırlayır. Bu modeldə, LX modelindən fərqli olaraq, üstünlük ofroud xüsusiyyətlərinə deyil, rahatlığa veriləcəkdir.