Logan modelinin bazasında hazırlanmış universal bundan sonra, rəsmi olaraq ayrı model kimi mövqeləndirəcəkdir. Universalın birinci və ikinci nəsli Dacia Logan MCV adlandırılırdısa, üçüncü nəsl universal Dacia Jogger adı ilə buraxılacaqdır. Şirkət, üstünlüyün bu ada verilməsinin səbəbinin Jogger adının bütün dillərdə yaxşı səslənməsinin olduğunu bildirib. Üstəlik, avtomobiln adındakı “er” şəkilçisi universalın yeni Duster krossoveri ilə qohumluq əlaqəsinin olduğuna işarə edir.
Gələcək Jogger modelinin kamuflyajlı prototipləri bu ilin yazında casuslara rast gəlmişdi. Yeni universal ilə, Dacia şirkəti birinci nəsil Logan MCV modelinin konsepsiyasına qayıdır: yeni avtomobil genişləndirilmiş təkər bazasına, genişlənmiş arxa qapılara, daha yüksək dama və üçüncü oturacaqlar cərgəsinə (“bazada” iki sıra olsa da) malik olacaqdır.
Yəni, yeni model yenidən artırılmış tutumlu universal olacaqdır, halbuki “ikinci” Logan MCV adi univerrsal idi.
Jogger universalı krossover dekoruna sahib olacaq, damda isə xüsusi alətlərdən istifadə etmədən qatlana bilən köndələn çubuqlar quraşdırılacaqdır. Birinci nəsil MCV və Largus modellərində olduğu kimi taybatay arxa qapılar əvəzinə, Jogger qaldırılan beşinci qapı ilə təchiz ediləcəkdir. Yeddi nəfərlik versiyalarda arxa pəncərələr də olacaqdır.
Yeni Dacia Jogger modeli 3 sentyabr tarixində onlayn şəkildə təqdim ediləcəkdir. Modelin kütləvi debütü Münhen avtosalonunda baş tutacaqdır. Amma yeni unversalın Avropadakı satışlarına yanvar ayında başlanmalıdır.
Bu, Renaulution strategiyasına uyğun olaraq Dacia markasının 2022-ci ildə təqdim edəcəyi yeganə yenilikdir. Rumın markasının növbəti təqdimatını 2024-cü ilə qədər gözləməli olacağıq - bu, üç oturacaq sırasına malik olan Dacia Bigster seriya krossoveridir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.