Almaniyada fəaliyyət göstərən avtosalonlardan birində Mersedes-Benz E-Class (W124) modelinin nadir nüsxələrində biri - E 60 AMG sedanı satılır. Rəsmi məlumatlara görə, 381 at qüvvəli 6,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş sedanlar 45 nesxəlik tirajla istehsal edilib. Eksklüziv sedan üçün 199 min avro tələb edilir ki, bu qiymətə Almaniyada V12 mühərriki ilə təchiz edilmiş yeni Mercedes-Maybach S 650 modelini almaq olar.

Mercedes-Benz E 60 AMG sedanı digər unikal avtomobilin - Mercedes-Benz 500 E sedanının təkmilləşdirilmiş variantıdır. Avtomobilin mühərrikinin həcmi 5,0 litrdən 6,0 litrə qədər artırılmış, hasilatı isə 381 at qüvvəsinə və 580 Nm fırlanma anına çatdırılmışdır. Digər dəyişikliklər arasında gücləndirilmiş dörd pilləli "avtomat", yenidən tənzimlənmiş şassi və buraxılış sistemi vardır.

Satışa çıxarılan nüsxə 1993-cü ilin dekabrında buraxılıb və 27 il  ərzində üç sahibini dəyişib və tam bərpa edilib. Avtomobilin bərpa edilməsinə altı rəqəmli məbləğin qoyulduğu iddia edilir və "sıfırlanmadan sonra" avtomobil cəmi 2.509 kilometr məsafə qət edib. Avtomobilin ümumi yürüyüşü barədə məlumat verilmir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

W124 kuzovundakı E-Class modelinin debütündən 35 ildən çox vaxt keçməsinə baxmayaraq, sedan zəngin təchizata malikdir: salon qara dəri ilə üzlənib, ABS sistemi, sükanın hidrogücləndiricisi, kruiz-kontrol, kondisioner, ön oturacaqların və güzgülərin elektriklə tənzimlənməsi, lyuk, audisistem quraşdırılıb.

Avtosalon Mercedes-Benz E 60 AMG modelinin satışından 199 min avro əldə etmək istəyir. Almaniyada V12 mühərriki olan yeni flaqman Mercedes-Maybach S 650 modelinin 203,7 min avroya satıldığını nəzərə alsaq, bu kifayət qədər iri məbləğdir. Bununla birlikdə, ciddi bir alıcı tapılarsa, avtosalon qiyməti  müzakirə etməyə hazırdır.

Mənbə: Biposto.gmbh