McLaren Automotive şirkəti 650S modelinin xələfi barədə bəzi təfərrüatları açıqlamışdır. Belə ki, yeni V8 mühərriki ilə təchiz edilmiş superkarın yerindən 200 km/saat həddinə kimi 7,8 saniyəyə sürətlənəcəyi bildirilir. Bundan əlavə, yeni superkar mühərrik bölümünün işıqlandırılması ilə təchiz ediləcəkdir ki, bu işıqlanma da kilidlərin açılmasından sonra işə düşəcəkdir.

Yeni M840T mühərrikinin iş həcmi dörd litr təşkil edəcəkdir. Güc areqatının konstruksiyasında “Twin-scroll” texnologiyalı (iki hava kanalı olan) iki turbokompressordan istifadə edilmişdir. Mühərrikin güc xarakteristikaları açıqlanmasa da, McLaren nümayəndələri onun  Super Series modellərinin mühərriklərinə nisbətən daha güclü və həssas, həmçinin dartma qüvvəsi yüksək olan güc aqreqatı adlandırıb. Yeni mühərrikin gücünün 720 at qüvvəsi olacağı ehtimal olunur.

Britaniya markasının mətbuat xidmətinin açıqlamasında yeni superkarın ənənəvi dreq məsafəsini 10,3 saniyəyə qət edəcəyi də bildirilmişdir. Müqayisə üçün, McLaren 650S modeli ilk 100 km/saat həddinə 3.0 saniyəyə, 200 km/saat həddinə isə 8,4 saniyəyə sürətlənir. Dörddə bir mili 650S modeli 10,5 saniyəyə qət edir. Onun maksimal sürəti 333 km/saat təşkil edir. 

McLaren şirkətindən, superkarın “yeni mühərrikin ekstremal xarakteristikalarına yaraşan” səsi təmin edəcək yeni buraxılış sistemi ilə təchiz ediləcəyini də bildirmişdirlər. Mclaren 650S modelinin xələfi mart ayında işinə başlayacaq Cenevrə avtosalonunda təqdim ediləcəksdir.  Böyük ehtimalla 720S adlandırılacaq superkarın karbon monokoku ətrafında yığılacağı məlumdur. Bundan başqa, superkar təkmilləşdirilmiş adaptiv şassiyə və xüsusi aerodinamik elementlərə malik olacaqdır. Drift rejimi ilə təchiz ediləcək superkarın sələfindən yüngül olacağı da məlumdur. 

Image alt Image alt Image alt Image alt