İspan km77.com nəşri yeni Mercedes-AMG SL 63 kabrioletini “sığın testindən” keçirib. Sınaqların nəticələrinə əsasən, yeni kabrioletin manevr qabiliyyətinə görə, hətta Ford Focus büdcə modelindən geri qaldığı aşkar edilib. Üstəlik, ekspertlər idman tənizmləmələri ilə seçilən asqıya malik olan kabrioletin maneələrin öhdəsindən daha pis gəldiyini və döngəni keçməkdə daha çox çətinliklə üzləşdyini qeyd ediblər.

Jurnalistlər sınaqlar üçün 585 at qüvvəli 4,0-litrlik V8 turbomühərriki ilə təchiz edilmiş kabrioleti götürüblər. Avtomobil arxa təkərləri idarələnən şassiyə və tam ötürməyə malik olub.

Sınaqçılar treki iki fərqli rejimdə keçməyə çalışıblar: klassik Comfort və daha “sərt” tənzimləmələri olan  Sport+. Mütəxəssislərin təəccübləndirən, kabriolet birinci rejimdə daha yaxşı çıxış etməsi olub: idman tənzimləmələri döngəni keçməyi çətinləşdirib və avtomobil konusları vurmağa başlayıb. Nəticədə, o, tapşırığın öhdəsindən yalnız 75 km/saat sürətlə gələ bilib. Xatırladaq ki, “keçid” göstəricisi 77 km/saatdır.

Sentyabrın sonunda başqa bir Mercedes-Benz modeli - EQS elektrik krossoveri "sığın testində" uğursuzluğa düçar olub. Mütəxəssislər premium avtomobilin idarəetməsinin şokedici dərəcədə zəif olduğunu və modelin statusuna uyğun gəlmədiyini bildiriblər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.