3D platformaları və tamamlanmış reallıq texnologiyaları sahəsində liderlərdən biri olan Unity Technologies şirkəti, 2024-cü il model ilinə keçidlə birlikdə Mercedes-Benz brendin bütün modellərində peyda olacaq yeni əməliyyat sistemini hazırlayıb. Sistemin və istifadəçi interfeysinin qabaqcıl 3D vizuallaşdırılması gözlənilir və bu, təkcə multimedia sisteminə deyil, həm də rəqəmsal cihazlar panelinə və arxa cərgədəki sərnişinlər üçün nəzərdə tutulmuş displeylərə də aiddir.
Yeni əməliyyat sistemi Mercedes-Benz Operating System və ya qısaca MB.OS adlanır və o, mövcud olan MBUX məlumat-əyləncə platformasını əvəz edəcəkdir. Yeni proqram təminatı ilk dəfə 2022-ci ilin əvvəlində konsept statusunda debüt edən Vision EQXX elektrik sedanında sınaqdan keçirilib. Konsept mükəmməl 3D qrafikası olan 8K icazəli 47,5-düymlük sensorlu paneli alıb.
“Automotive News” nəşrinin məlumatına görə, alman avtomobil istehsalçısı 3D vizuallaşdırması üçün birləşdirilmiş Unity Industrial Collection proqram paketindən istifadə edəcəkdir. Audio və video axını, inteqrasiya olunmuş ismarıc mübadiləsi proqramları və immersiv oyunlar da bəyan edilib. Şirkət, yeni proqram təminatı avtomobilin bort elektronikası, internet və bulud arasında əlaqəni təmin edəcəyini də bildirir.
“Yeni əməliyyat sisteminin tətbiqi sayəsində bir neçə məqsədə nail olmaq niyyətindəyik, - Mercedes-Benz tərəfindən layihəyə nəzarət edən Maqnus Ostberq izahat verib. - Birincisi, premium avtomobillərimizin səviyyəsinə uyğun gələn istifadəçi interfeysini yaradacağıq, ikincisi, müştəri ilə ikitərəfli əlaqə yaradacağıq”.
MBUX kompleksinə gəlincə, sistemin hazırkı, ikinci nəsli 2020-ci ildə təqdim edilib. O zaman ilk dəfə maşın təlim texnologiyasından istifadə edilib. Nəsil dəyişikliyi ilə multimedia kompleksinin idarə edilməsi daha intuitivləşdirilib, şəxsi profilləri saxlamaq imkanı tətbiq olunub, habelə fiziki düymələrin və açarların bolluğundan imtina etmək cərəyanı yaradılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.