Yeni Mercedes-Benz Citan ailəsinə həsr olunmuş təşviqat kampaniyası keçən ilin noyabrında başlayıb. O zaman alman istehsalçısı, faktiki olaraq minivenin adını qoruyacağını təsdiqləmişdi. İndi isə sərəncamımızada, tündləşdirilmiş olsa da, minivenin bir şəkli, və ən əsası isə, təqdimat tarixi və saatı var.
Təqdimat bir ay sonra, 25 avqust tarixində, Bakı vaxtı ilə 16:00-da keçirilməlidir. Onlayn şəkildə yayımlanacaq təqdimat, rəqəmsal Mercedes me media platformasında keçiriləcəkdir: Mercedes-Benz Vans bölməsinin top menecerləri yeni model haqqında məlumat verəcəklər.
Orijinal model kimi, ikinci nəsil Citan kompaktveninin də Renault şirkəti ilə sıx əməkdaşlıqda hazırlanığı məlumdur. Bu səbəbdən də, Citan modelinin istehsalı əvvəlki kimi, Renault şirkətinin Mobejdəki zavodunda davam etdiriləcəkdir. Adi kompaktvenlə birlikdə onun elektrik versiyası olan eCitan modeli də təqdim ediləcəkdir.
Citan ailəsində əvvəlki kimi Citan Tourer kompaktveni də mövcud olacaqdır. Bununla birlikdə, Mercedes-Benz şirkəti paralel olaraq, tamamilə yeni və daha dəbdəbəli sərnişin modeli olan T-Class kompaktvenini də buraxacaqdır. Dəbdəbəli kompaktveni də elektrik modifikasiyasına sahib olacaqdır - elektrokarın dizaynı may ayında debüt etmiş EQT konsepti vasitəsi ilə açıqlanıb. Başqa sözlə, söhbət V-Class və EQV minivenlərinin kiçik qardaşlarından gedir.
Yeni Citan və eCitan modelləri bu ilin sonuna qədər bazar debütü etməlidirlər. Daha bahalı T-class və EQT kompaktvenləri isə gələn ilin ilk yarısında satışa çıxarılacaqdırlar. Lakin, deyəsən, bu modellərin həyat dövrü o qədər də uzun olmayacaqdır: xatırladaq ki, bu günlərdə açıqlanmış yeni strategiyaya əsasən, 2025-ci ildən başlayaraq Mercedes-Benz şirkətinin bütün yeni minivenləri və yüngül kommersiya avtomobilləri VAN.EA platformasında inşa ediləcəkdirlər.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.