Məlum olduğu kimi, Mercedes-Benz artıq A və B sinifdən olan yığcam minik avtomobillərindən imtina edib. Bununla belə, alman istehsalçısı CLA modeli üçün hər iki kuzov növünü saxlayıb. Mart ayında debüt edən və artıq istehsal olunan yeni nəsil sedandan sonra, ənənəvi Shooting Brake indeksi ilə işarələnən universal kuzovlu CLA modeli də debüt edib.

Modelin konsepsiyası dəyişməyib – o, hələ də dinamik silueti və çərçivəsiz qapı pəncərələri olan dəbli universaldır. Ölçü baxımından Mercedes-Benz CLA Shooting Brake sedandan bir neçə millimetr fərqlənir: onun uzunluğu 4723, eni — 1855, hündürlüyü isə, 1469 millimetrdir. Elektrik versiyalarında radiator barmaqlığı yerində 142 LED ulduz yerləşən qapalı panel var. Multibeam matrisa faraları opsiyadır.

Müasir universallarda tez-tez rast gəlindiyi kimi, baqajın həcmi əvvəlki modeldəkindən daha kiçikdir. Pərdənin altındakı bölmədə 485 əvəzinə 455 litrlik məkan var, ikinci cərgənin üç hissəli arxa oturacağı qatlandıqda bu həcm əvvəlki universaldakı 1350 litr əvəzinə 1290 litr təşkil edir. Arxa oturcaqların qatlanması üçün əlavə tutacaqlar hələ də quraşdırılmayıblar. Elektrik versiyalarında həcmi 101 litr olan əlavə ön bölmə də var.

Sedan kimi, Shooting Brake də standart olaraq SkyControl elektroxrom panoram damı (eninə bölmələri ayrı-ayrı tündləşirlər) ilə təchiz edilib. Amma universalda yeni opsiya peyda olub: şüşəyə kontur işıqlandırmasına daxil olan və parlaqlığı dəyişən üçşüalı ulduzlar quraşdırıla bilər. Belə ulduzlar sedanda daha sonra peyda olacaqlar. Lakin yeni CLA əvvəlki kimi tavan tutacaqlarından məhrumdur.

Daha bir yenilənmə - opsional AMG sükanı audiosistemin səsini tənzimləmək və kruiz-kontrolu idarə etmək üçün mexaniki düymələri əldə edib (sensorlar əvəzinə). Sedanı da belə bir dəyişiklik gözləyir. Qalan cəhətdən universalın interyeri sedandakı ilə eynidır. Yeni CLA modelini iki ekranlı baza salonu və ya bir şüşə altında üç displeyi yerləşən MBUX Superscreen ön paneli (950 avroya) ilə sifariş etmək olar.

Satışa ilk çıxanlar elektrik universalları olacaq. Bunlar - arxa ötürməli CLA 250+ with EQ Technology (272 at qüvvəsi) və tamötürməli ikimühərrikli CLA 350 4Matic with EQ Technology (354 at qüvvəsi) modelləridir. Hər iki versiya da arxa oxda quraşdırılan ikipilləli reduktoru özündə birləşdirən Electric Drive Unit 2.0 moduluna malikdir: enerjiyə qənaət etmək üçün ikinci ötürmə 110 km/saat həddində işə düşür. 85 kilovat/saatlıq dartma batareyasının tam cərəyanı, müvafiq olaraq, 761 və 730 kilometrlik yürüş üçün kifayət etməlidir (bu, oxşar sedanlarda olduğundan təxminən 30 kilometr azdır). 1,5 - 1,8 ton arasında çəkisi olan qoşquların yedəklənməsinə icazə verilir.

Bir müddət sonra 1,5-litrlik dördsilindrli turbomühərriki (Geely ilə birgə istehsal) və 48 voltluq elektrik mühərriki (27 at qüvvəsi) quraşdırılmış səkkiz pilləli preselektiv 8F-eDCT "robotu" ilə təchiz edilmiş hibrid modifikasiyalar peyda olacaq. Hibrid versiyaların indeksləri hələlik açıqlanmayıb, lakin artıq aydındır ki, modifikasiya çeşidinə iki versiya - ön ötrməli (136 və ya 163 at qüvvəli) və arxa oxu qoşma muftası olan tam ötürməli (190 at qüvvəli) universallar daxil ediləcək. Yeri gəlmişkən, yeni CLA modelinin bütün versiyalarının vahid MMA (Mercedes-Benz Modular Architecture) modul platforması əsaslanmasına baxmayaraq, onlar üçün müxtəlif zavod indekslərindən istifadə olunub: elektromobillər W174 kodunu, hibridlər isə, W178 kodunu alıblar.
Mercedes-Benz CLA Shooting Brake universallarının istehsalına ilin sonuna kimi başlanmalıdır. Onlar yalnız Avropada istehsal olunacaqlar (sedan Çində də buraxılacaq). Satışlara 2026-cı ilin martında başlamaq planlaşdırılır, ona görə də qiymətlər hələlik açıqlanmayıb. Hazırda Almaniyada elektrik sedanlarının qiyməti 56 min avrodan başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.