Mercedes-AMG CLE53 4Matic+ kupesi kombinə edilmiş üfürməsi olan altısilindrli M 256M mühərrikini, adaptiv şassini və idarələnən arxa oxu əldə edib. Əlbəttə ki, “bərkgedən” kupe tam ötürməyə, yanacağa qənaət etmək üçün “söndürülən” ön oxa və onun bütün sürətlər diapazonunda ciddi şəkildə arxa ötürməli qalmasını təmin edən ayrıca drift rejiminə malikdir.
Yeni Mercedes-AMG CLE53 4Matic+ alman markasının “bərkgedən” kupelər dünyasına giriş bileti olacaq. Üstəlik, kupe alıcıları E-Class modelinin statusu və genişliyi ilə C-Class modelinin idman nisbətləri və idarəetmə keyfiyyətlərinin birləşməsi ilə heyran etməlidir.
AMG versiyası adi CLE kupesindən daha geniş olan ön və arxada təkər izi (müvafiq olaraq 58 və 75 millimetrm), böyüdülmüş mərkəzi hava girişi olan ön bamperi və kiçik spoyleri ilə fərqlənir.
Kupenin görünüşünü daha effektiv etmək üçün AMG Optics (kanardlar, daha böyük spoyler və diffuzor), AMG Night (qara rəngli dekor) və AMG Carbon (karbon lifindən elementlər) paketləri nəzərdə tutulub.
Mercedes-AMG CLE53 4Matic+ kupesinin kapotunun altında 48-voltluq startyor-generatorla təchiz edilmiş 3,0-litrlik altısilindrli beznin turbomühərriki yerləşir. Bu, modernləşdirmədən sonra zavoddaxili indeksini M 256M-ə dəyişdirmiş məşhur sıralı altısilindrli M 256 mühərrikidir.
O, əvvəlki kimi kombinə edilmiş üfürmə (turbokompressor + elektrik kompressoru) ilə təchiz olunub, lakin 449 at qüvvəsi və 560 Nm fırlanma anı hasil edir (“overbustda” - 600 Nm). Mühərrikə ötürmələrin mexaniki dəyişdirilməsi funksiyası olan AMG Speedshift TCT 9G avtomatik transmissiyası kömək edir.
Ayrıca drift rejimi olan AMG Performance 4Matic+ tam ötürmə sistemi dartma qüvvəsinin təkərlər arasında paylanmasına cavabdehdir.
Kupe standart təchizatına elektron idarə olunan amortizatorlar, üç səviyyəli sükan gücləndiricisi və idarələnən arxa ox daxildir. Üstəlik, bütün bunlar AMG Dynamic Select hərəkət rejimləri selektoruna bağlıdır. Opsional AMG Dynamic Plus paketi kupeni daha aqressiv davranış ilə edir.
Dəstin tərkibinə mexatronikanın ən aqressiv tənzimləmələri olan Race profili, hərəkət rejimləri və şassi tənzimləmələrinə yeyin girişi təmin edən düymələri olan sükan çarxı, AMG loqosu həkk olunmuş qırmızı rəngli əyləc supportları və mühərrikin aktiv dayaqları daxildir.
Mercedes-AMG CLE53 4Matic+ sıfırdan 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənir, onun maksimal sürəti isə, 250 və ya 270 km/saat həddində məhdudlaşdırıla bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.