Polşanın Carlex Design atelyesi yeni G-Vintage layihəsini nümayiş etdirib: müasir Mercedes-Benz G-Class retro üslubunda komponentləri alacaq, yenidən işlənmiş interyerə və gücləndirilmiş mühərrikə sahib olacaq. Layihənin əsası kimi, 2018-ci ildən bəri buraxılmış istənilən G-Class ofrouderi çıxış edə bilər: bamperlər və disklər dəyişdiriləcək, vaytvollar əlavə olunacaq, kuzov müştərinin arzusuna uyğun olaraq yenidən rənglənəcək, texniki hissə isə, təkmilləşdiriləcək.
Polşalı tünerləri G-Class üçün bir sıra layihələr təklif edirlər, lakin ilk dəfədir ki, eskteryer dizaynını belə bir formatda təkmilləşdirmək təklif olunur. Tüner əvvəllər mühərriki də belə ciddi şəkildə təkmilləşdirməmişdi: polyaklar hasilatı 585 at qüvvəsi və 850 Nm-dən 805 at qüvvəsi və 1020 Nm-ə artırmağa hazırdırlar! Maksimal sürət həddinin də 260 km/saata qədər artırılacağı bildirilib.
Bununla belə, daha güclü tüninq dəstləri də var, lakin daxili tərtibat baxımından Carlex Design atelyesinin tayı-bərabəri yoxdur. Polyaklar süni olaraq köhnəldilmiş dəridən istifadə edirlər, habelə almaz tozu və qiymətli metallarla bəzədilmiş tərtibat materiallarını təklif edə bilərlər. Baqajın döşəməsini və ikinci cərgənin divanının arxasını yaxta üslubunda təbii ağacla üzləmək də olar.
İndiyə qədər super ofrouder yalnız kompüter renderləri şəklində mövcuddur, lakin onun metalda təcəssümünün tezliklə peyda olacağından şübhə yoxdur. Tüner qiymət siyahısını açıqlamayıb, lakin bütün dəyişikliklərlə qiyməti 189 min avrodan başlayan ofrouder bir neçə dəfə baha ola bilər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.