Bu gün Mercedes-Benz şirkəti yeni nəsil S-Class flaqman modelinin ilk rəsmi şəklini dərc edib. Tizerdə avtomobilin ön hissəsi, o çümlədən ön fənərləri, təkər diskləri və ön bamperi nümayiş etdirilir. Rəsmi tizer, casuslar tərəfindən tərəfindən Çində çəkilmiş şəkillərin həqiqiliyini bir daha sübut edir.
Bununla birlikdə, tizerdə baza versiyalı sedan təsvir olunur. Xatırladaq ki, Çində casuslara rast gəlmiş Mercedes-Benz S-Class sedanı AMG dəstinə malik idi. Beləliklə, Mercedes-Benz markasının yeni flaqmanı artıq standart versiyada iri hava girişləri olan ön bamperə sahib olacaq, radiator barmaqlığının ölçüləri isə artacaqdır. Ön fənərlərin ölçüləri isə, əskinə, azalacaqdır.
Mersedes-Benz şirkəti W223 seriyasından olan S-Class sedanının top versiyasının matrisa fənərləri ilə təchiz ediləcəyini bildirsə də, flaqman sedanın baza versiyaları adi LED optika ilə təklif olunacaqdır. Yeni Mercedes-Benz S-Class modelinin texniki hissəsi barədə rəsmi məlumat verilməyib. İnsayderlər, sedanın elektrikləşdirilmiş güc aqreqatları və qabaqcıl yarı-avtonom sürücüyə yardım sistemləri ilə təchiz ediləcəyini söyləyirlər. Onlar, eyni zamanda, kupe və kabriolet versiyalarından imtina ediləcəyini də bildiriblər.
Mercedes-Benz S-Class modelinin şəkillərinin İnternet şəbəkəsinə sızması onun təqdimatını sürətləndirə bilər. Əvvəllər yeni flaqmanın ilin ikici yarısında debüt edəcəyi gözlənilirdi.