Jaguar şirkəti 2022-ci model ilinin I-Pace modelini təqdim edib. Yeni model ilinə keçən elektrik krossoverinin rəng palitrasına Ostuni White ağ metallik boyasını, əlçatan opsiyalar siyahısına isə Premium Black Pack paketini əlavə ediblər.

Premium Black Pack paketi radiator barmaqlığının və onun haşiyəsinin, yan güzgülərin gövdələrinin, yan şüşələrin çərçivələrinin və kuzovun arxa hissəsindəki nişanların parlaq qara rəngli tərtibatını nəzərdə tutur. Bundan əlavə, belə avtomobilləri standart olaraq baqaj qapağındakı spoyler və pnevmoasqı ilə təchiz edirlər.

Image alt Image alt Image alt Image alt Image alt

Elektrokar texniki baxımdan dəyişməyib: I-Pace modeli əvvəlki kimi ümumi hasilatı 400 at qüvvəsi və 696 Nm olan ikimühərrikli güc qurğusu ilə təchiz edilir. Elektrik krossoveri 100 km/saat həddini 4,8 saniyəyə toplayır və dolu batareya ilə 470 kilometr (WLTP) məsafə qət edir.

Bəzi bazarlarda I-Pace modeli daha əhəmiyyətli yeniliyə sahib olub: elektrik krossoveri Amazon Alexia səs yardımıcısını alan ilk Jaguar avtomobili olub. Alexia “hava üzərindən” yenilənmə yolu ilə Pivi Pro sisteminə inteqrasiya edilir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.