Audi şirkətinin bu il təqdim edəcəyi modellər arasında A6 ailəsinə daxil olan A6 Allroad modelinin yeni nəsli də vardır. Bu günlərdə fotoqraflar yüksək keçimli universalın prototipini şimalda keçirilən sınaqları zamanı çəkiblər.
Şəkillərdən göründüyü kimi, prototip hündür klirensə, orijinal forması olan bamperlərə və Audi Q8 modelinin radiator barmaqlığını xatırladan barmaqlığa malikdir. Yeri gəlmişkən, restaylinq keçəcək Audi Q7 modeli də eyni formalı barmaqlığa sahib olmalıdır.
Böyük ehtimalla, yeni nəsil A6 Allroad modelinin mühərrik çeşidinə 2,0- və 3,0-litrlik benzin mühərriklərinin əsasında yaradılan “yumşaq” hibridlər daxil ediləcəkdir. Bundan başqa, alman istehsalçısı Allroad üçün tamölçülü hibrid aqreqatını da hazırlaya bilər.