Bu gün İnternet şəbəkəsində dördüncü nəsil Audi A3 sedanının casus şəkilləri peyda olub. Şəkillərdə Çin bazarı üçün nəzərdə tutulmuş uzunbazalı A3L modeli təsvir olunub.
Qlobal Audi A3 sedanın əvvəllər təqdim edilmiş hetçbek kimi 2637 mm təkər bazasına sahib olacağı gözlənilir. Çin versiyasının adi sedandan nə qədər uzun olacağı hələlik bilinmir. Sedanın mühərrik çeşidini hetçbeklə bölüşəcəkdir.
Mühərrik çeşidinə startyor-generatoru (Şimali Amerika bazarı üçün) olan 240 at qüvvəli 2,0-litrlik turbomühərrik, həmçinin 110 və 150 at qüvvəsi hasil edən 1,0 və 1,5 litrlik mühərriklər(Avropa üçün) daxil ediləcəkdir.
Bundan əlavə, avropalılar iki güc variantında - 116 və ya 150 at qüvvəli 2,0-litrlik turbodizeli də sifariş etmək imkanına malik olacaqdırlar. Sonradan, sedan məişət şəbəkəsindən qidalanan hibrid güc qurğusunu əldə edəcəkdir.
Mənbə: AutoHome.com.cn