Yeni nəsil BMW 2 Series Active Tourer modelinin kamuflyajlı prototipləri dəfələrlə yeni modellərin ovuna çıxmış casuslara rast gəliblər. Bu gün isə, tam hazır olan kompaktvenin ilk rəsmi şəkli Şəbəkəyə sızdırılıb. Bu, 2 Series Active Tourer modelinin yeni nəslinin artıq debütə hazır olduğunu göstərir: ilkin məlumata görə, yeni kompaktvenin rəsmi təqdimatı bu ilin sonuna qədər baş tutmalıdır, 2022-ci ilin əvvəlində isə ilk avtomobillər Avropa bazarında satışa çıxmalıdırlar.

2014-cü ildə işıq üzü görən Active Tourer modeli ön ötürməli UKL platformasında inşa edilən ilk BMW modeli olub və görünən odur ki, nəsil dəyişikliyi avtomobilin formatına və dizaynına elə də ciddi təsir göstərməyib. Bununla birlikdə, firma burun dəlikləri bir qədər böyük olacaq, salonda isə cihazlar panelinin və mediasistemin birləşmiş ekranları olan ön panel quraşdırılacaqdır.

Modelin modifikasiya çeşidinə 218i, 220i və 223i benzin versiyalarının (1.5 və 2.0 litrlik mühərrikləri ilə), 218d dizel versiyasının, həmçinin arxa oxda ayrı elektrik mühərriki olan tam ötürməli hibridlər olan 225e və 230e versiyalarının daxil olacağı gözlənilir (belə versiyalar hazırki modeldə də mövcuddurlar).

Bu gün BMW kompaktvenləri ailəsi əsasən Avropa bazarında satılan Active Tourer və Gran Tourer modellərindən ibarətdir. Ailə yaxşı başlanğıc edib: 2016-cı ildə 100 mindən çox avtomobil satılıb. Ancaq sonradan kompaktvenlərə olan tələbat sürətlə azalmağa başlayıb və 2020-ci ildə avropalılar cəmi 30 min BMW kompaktveni alıblar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.