Bu günlərdə BMW 2-Series ailəsinin yeni nəsli barədə məlumat peyda olub. BMW Blog nəşrinin şirkət daxilindəki mənbələrinə istinadən verdiyi məlumatda kupe və kabrioletin klassik ötürməni qoruyub-saxlayacağı bildirilib.
Ehtimal olunanalara görə, 2-Series ailəsinin yeni nəslinin ikiqapılı modelləri CLAR modul platformasında hazırlanacaqdırlar. Xatırladaq ki, hal-hazırda bu platformada yeni nəsil 5 və 7 seriyanın modelləri istehsal edilir. BMW Blog alman istehsalçının «qaynar» M2 modelini də qoruyub-saxlayacağını bildirib. Nəşrin məlumatına əsasən hazırki 2-Series kupesinin istehsalı 2020-ci ilə kimi davam etdiriləcək. Kabrioletin cari nəslinin istehsalına isə bir il sonra son veriləcəkdir.