Yeni nəslin BMW 4 Series ailəsi nəhayət ki tamamilə formalaşıb. Kupe və kabriolet kuzovlu modellərə firma terminologiyasına əsasən Gran Coupe adlanan beşqapılı liftbek də qoşulub. Üstəlik, yeni model yalnız əvvəlki oxşar 4 Series Gran Coupe modelini deyil, eyni zamanda şirkətin imtina etməyə qərar verdiyi 3 Series Gran Turismo modelini də əvəzləyib.
Xatırladaq ki, 3 Series GT və 4 Series Gran Coupe modelləri eyni kuzov tipinə sahib olsalar da, hər şeydən əvvəl ölçüləri ilə fərqlənirdilər: 3 Series GT daha böyük və nəzərəçarpacaq dərəcədə daha geniş idi. Buna görə də, yeni nəsil Gran Coupe modelinin ölçüri böyüdülüb.
Modelin uzunluğu 143 millimetr, eni - 27 millimetrvə hündürlüyü isə 53 millimetr artıb. Beləliklə, yeni lftbekin uzunluğu 4783 millimetr, eni - 1852 millimetr, hündürlüyü isə 1442 millimetr təşkil edir. Təkər bazası da 46 millimetr atırb və indi 2856 millimetrdir.
Hətta ölçüləri böyüdülmüş lift yenə də 3 Series GT modelindən kiçikdir. Yeri gəlmişkən, avtomobilin klirensi də artıb: 130 əvəzinə 140 millimetr.
Eyni zamanda, çərçivəsiz qapılara sahib olan beşqapılı Gran Coupe liftbekinin kuzovu, bu yaxınlarda təqdim olunan BMW i4 elektomobili ilə tamamilə eynidır. Əslində onların fərqli platformalar üçün hazırlanmış döşəmə panelləri müxtəlifdir.
Elektrokarda olduğu kimi, yeni Gran Coupe də təbii tutuşlu qapı qulplarının əvəzinə “batırılmış” qapı tutacaqlarını alıb. Liftbekin aerodinamik müqavimət əmsalı 0.26-dır. Əvvəlki modeldə bu göstərici 0.29-a bərabər idi.
Qapalı "burun dəlikləri" və hamar altlığı olan i4 elektrokarında bu rəqəm 0.24-dür. Təkər disklərinin ölçüləri 17 ilə 20 düym arasındadır.
Ölçülərdəki artım salonun genişlənməsi ilə nəticələnib – artıq salon tamamilə beş nəfərlikdir, arxa cərgədə isə, 40:20:40 nisbətində üç hissəyə bölünmüş üç nəfərlik divan var. Əlavə ödəniş ilə arxa oturacaq qızdırılmasını sifariş etmək olar.
Ancaq yeni nəsil liftbekin baqajı isə, əksinə, on litrə qədər azalıb: indi rəfin altında 470, arxa sıranın qatlanması halda isə 1290 litrlik məkan mövcuddur.
Əgər BMW i4 elektromobili iki birləşdirillmiş ekrana malik olan orijinal ön panelə sahibdirsə, "karbohidrogen" Gran Coupe modeli üçüncü və dördücü seriyalardan tanış olan interyerini qoruyub saxlayıb. Klimat-kontrolun düyməli idarəetmə paneli də qalır, üstəlik yeddinci nəsildən olan iDrive sisteminin yeddinci nəsli quraşdırılıb. Xatırladaq ki, BMW i4 modeli bu sistemin iterasiyasına sahibdir.
Baza modeli analoq cihazlar paneli (ortada ekranı ilə) və mediasistemin 8,8-düymlük ekranı ilə təklif edilir. Əlavə ödəniş qarşılığında 12-düymlük virtual paneli və 10,25-düym sensorlu ekranı əldə etmək olar. Opsiyalar çeşidi ailənin digər modellərində olduğu kimi genişdir - onlar arasında panoram dam və kvaziavtopilot da var.
Satışların başlanğıcında mühərriklər çeşidi üç benzin və bir dizel aqreqatından ibarət olacaqdır.
420i (184 at qüvvəsi və 300 Nm) və 430i (245 at qüvvəsi və 400 Nm) versiyaları 2,0-litrlik dördsilindrli turbomühərrik və arxa ötürmə ilə təchiz olunurlar, benzin çeşidinin zirvəsində tam ötürməli M440i xDrive modifikasiyası yerləşir. Bu modifikasiya 374 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altısilindrli turbomühərrik ilə hərəkətə gəlir.
BMW 420d versiyasındakı 2,0-litrlik turbodizel 190 at qüvvəsi və 400 Nm hasil edir. Belə avtomobillər həm arxa ötürmə, həm də xDrive transmissiyası ilə təklif edilirlər. Bütün güc aqreqatları səkkiz diapazonlu "avtomat" ilə təchiz edilirlər.
Bundan əlavə, 420d və M440i modellərində, start-stop sistemi kimi çalışan və sürətlənmənin ilk saniyələrində daxili yanma mühərrikinə kömək edən 11 at qüvvəli 48 voltluq startyor-generator quraşdırılır. Bir müddət sonra versiyalar dəsti genişləndiriləcəkdir.
BMW 4 Series Gran Coupe modelinin şassisi üçüncü və dördüncü seriyadan olan digər modelləri ilə unifikasiya edilib. Ancaq liftbek standart asqısı daha çox rahatlığa tənzimlənmiş amplitüdlü amortizatorlara sahibdır.
Əlavə ödəniş qarşılığında idman M-şassisini və ya adaptiv asqnı quraşdırmaq olar. Lakin opsiyalar siyahısında, BMW i4 elektromobilində quraşdırılan arxa oxdakı hava balonları yoxdur. Elektronika tərəfindən idarə edilən arxa diferensial M440i modelində standart avadanlıq, 430i modelində isə opsiyadır.
Yeni 4 Series Gran Coupe modeli Münhendəki baş zavodda buraxılacaqdır. Burada 3 Series modelləri istehsal edilir və i4 modelinin yığılmasına başlanacaqdır. Satışların başlanması noyabr ayına planlaşdırılır.