BMW Motorrad şirkəti yeni K 1600 GT modelini təqdim etmişdir. Bir cərgəli silindir düzülüşü olan altı silindirli mühərrikə mənsub olan motosikl bir sıra müasir texnologiyalarla təchiz edilmişdir. Yeni nəsil BMW K 1600 GT motosiklinin təchiz edildiyi altı silindirli mühərrikin 160 at qüvvəsi gücü və 175 Nm fırlanma anı vardır. Alman istehsalçısı yeni motosikli turizm seqmentində olan altı silindirli bayklar arasında sürətli səyahətlər üçün yaradılmış ən müasir, yüksək texnologiyalı və rahat motosikl odluğunu iddia edir.
BMW K 1600 GT modelinin sələfi bu seqmentdə istiqamət sabitliyinin, sürətin və idarə etmənin yeni standartlarını müəyyən etmişdir. Yeni model isə bu standartları bir pillə də yüksəltməyə nail olmuşdur. Növbəti nəsil K 1600 GT modeli Dymanic ESA adaptiv elektron asqısı ilə təchiz edilmişdir. Adaptiv asqı rayderə iki idarəetmə rejimindən istifadə etməyə imkan yaradır. “Road” rejimi asdından da göründüyü kimi, rahat səyahəti təmin edir.
“Dynamic” rejimi isə, avtiv sürüş tərzini sevən şəxslərə ünvanlanmışdır. Bundan başqa, bayk arxa hərəkəti asanlaşdıran xüsusi sitemlə də təchiz edilir. Sükanın sol dəstəyində yerləşdirilmiş düyməyə basmaqla arxa hərəkəti təmin etmək olar.
Opsional olaraq quraşdırılan kviksifter Pro sistemi sayəsində sürücü muftanı işə salmadan ötürmələri həyata keçirməyə kömək edəcəkdir. BMW K 1600 GT modeli həmçinin tamamilə yeni cihazlar panelini də əldə etmişdir. Baykın təchiz edildiyi intellektual təcili yardım çağırış sistemi qəzalar zamanı avtomatik olaraq xilasetmə xidmətləri ilə əlaqə yaradır. Bavariyalı istesalçı yeni bayk üçün yeni alın şüşəsi və rəng sxemlərini də təklif edir.