BMW şirkətinin yeni nəsil 1 Series modeli haqqında kifayət qədər məlumat vermnişik. Hətta bu yaxınlarda avtomobilin təsvirləri olan şəkilləri də dərc etmişdik. Lakin, yeni hetbekin eksteryer dizaynını əks etdirən şəkillər hələ də əlimizə keçməmişdi. Əlbəttə ki, bu günə qədər…
Bu günlərdə belə bir imkanı Bimmerfile saytı bizim üçün yaradıb və hazır seriya avtomobilinin ilk cəsus şəkillərini dərc edib. Dərc edilmiş şəkillərdə yeni hetçbekin “qaynar” M135i modifikasiyası təsvir edilib. Bunu deməyə aqressiv aeroninamik kuzov dəsti və avtomobilin radiator barmaqlığının tərtibatı işarə edir.
Yeni BMW 1 Series öndənçəkişli UKL2 platformasında inşa edilib. Bu platformadan Mini Countryman, BMW X1 və X2 krossoverlərinin, həmçinin Çin bazarında satılan 1 Series sedanının inşasında istifadə olunur. Arxitekturanın dəyişməsi hetçbekin salonunu daha geniş etməyə imkan verib. Sələfi ilə eyni xarici ölçülərə malik olan avtomobilin salonunda arxa sərnişinlərin diz zonasındakı məkan 33 millimetr, baş üzərindəki isə, 19 millimetr artırılıb. Baqaj bölümünün həcmi də 20 litr artaraq 380 litrə bərabər olub.
Dönmə çatışmamazlığı ilə mübarizəyə BMW i3s modelindən alınmış ARB dartmaya nəzarət sistemi yardım edəcəkdir. Mühərrikin idarəetmə blokunda quraşdırılmış kontroller təkərlərin yol səthi ilə ilişməni itirməsini 10 dəfə tez aşkar edərək, fırlanma anının verilməsinə daha dəqiq nəzarəti həyata keçirir. ARB sistemi DSC stabilizasiya sistemi və Performance Control dartma vektoruna nəzarət sistemi ilə tandemdə çalışır.
M140i modelində quraşdırılan 3,0-litrlik altı silindrli mühərrik bundan sonra təklif edilməyəcəkdir. Onu X2 M35i modelindən tanış olan, 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən 2,0-litrlik dörd silindrli mühərrik əvəzləyəcəkdir. Şayiələrə görə, BMW 1 Series modelinin top variantı - M145i modifikasiyası, - giriş kollektoruna su çilənməsi funksiyasına malik olan “turbodördlüyə” və 82 at qüvvəli elektromotora sahib olacaqdır. Hibrid qurğunun ümumi hasilatı 400 at qüvvəsi olmalıdır.