BMW şirkəti G90 indeksli yeddinci nəsil M5 supersedanını təqdim edib. O, G60 indeksli 5 Series modelinin əsasında inşa edilib və ilk dəfə olaraq hibrid güc qurğusu ilə təchiz olunub. Bu qurğu demək olar ki, bütöv şəkildə BMW XM Label Red krossoverindən götürülüb. Maraqlıdır ki, F90 nəslindən olan M5 sedanı, mötəbər yeddi yaşına çatsa da, dinamika baxımından yeni sedana dərs deyə bilər.

Yeni BMW M5 sedanının kapotunun altında S68 indeksli 4,4-litrlik V8 biturbo mühərriki yerləşir. Bu dəfə o, 585 at qüvvəsinə köklənib ki, bu da əvvəlki modeldən (600 at qüvvəsi) bir qədər azdır, baxmayaraq ki, fırlanma anı (750 Nm) dəyişməz qalır.

Səkkiz pilləli avtomatik transmissiyaya isə, 197 at qüvvəli sinxron elektrik mühərriki quxaşdırılıb. Onun nominal fırlanma anı 280 Nm, maksimal fırlanma anı isə, 450 Nm təşkil edir. Nəticədə, hibrid güc qurğusunun hasilatı 727 at qüvvəsi və 1000 Nm-ə bərabərdir.

Salon döşəməsinin altında effektiv tutumu 18,6 kilovat/saat olan litium-ion dartma batareyası quraşdırılıb. Elektrik rejimində sedan firma IconicSounds Electric sisteminin müşayiəti ilə 69 kilometrə qədər məsafə qət edə və 140 km/saata qədər sürətlənə biləcək.

Məişət elektrik şəbəkəsindən şarj etmək mümkündür, ancaq 7,4 kilovata qədər gücü olan dəyişən cərəyanla. Ön oxu qoşan muftası və aktiv arxa M differensialı olan tam ötürməli M xDrive transmissiyası saxlanılıb. Bununla belə, stabilləşdirmə sisteminin söndürülməsi ilə aktivləşdirilən arxa ötürməli hərəkət rejimi əvvəlki kimi əlçatandır.

BMW M5 sedanı heç vaxt bu qədər güclü, eyni zamanda, bu qədər də ağır olmayıb! Yeni supersedanın boş çəki 2435 kiloqramdır - yəni o, əvvəlki modeldən 540 kiloqram ağırdır! Nəticədə, 100 km/saata sürətlənmə vaxtı nəinki azalmayıb, əksinə hətta artıb - əvvəlki nəsil baza sedanı bu işə 3,4 saniyə sərf edirdisə, yeni M5 sedanına bu sürətlənmə üçün 3,5 saniyə tələb olunur, özü də tam dolu batareya ilə.

Bununla belə, 200 km/saat sürətlənmədə yeni M5 daha çevikdir: 11,1-ə qarşı 10,9 saniyə. Maksimal sürət ənənəvi olaraq 250 km/saat həddində məhdudlaşdırılır, bu həddi 305 km/saata çəkmək üçün isə, M Driver's Package sifariş etmək gərəkdir.

Əvvəllər olduğu kimi, BMW M5 modelinin şassisi mülki versiyalardan ciddi şəkildə fərqlənir, baxmayaraq ki, öndə qoşa köndələn qolları, arxa isə, beşqollu yaylı asqı olan sxem saxlanılıb. Alüminium qollar dəyişdirilmiş forma və kinematikaya malikdir və hətta M5 modelinin təkər bazası 11 millimetr daha uzundur (3006 millimetr). 

Artıq bazada sedan adaptiv amortizatorlarla təchiz edilir və əsas yenilik tam idarələnən şassidir (ilk dəfə XM krossoverində peyda olub). Güc qurğusu və asqı elementlərini bərkitmək üçün sərt dayaq-bərkitmələrdən istifadə olunub. 

Standart əyləc mexanizmləri öndə altı porşenli, arxada isə, tək porşenli, habelə çox hissəli disklərə malikdirlər. Əlavə ödəniş qarşılığında sarı supportları olan karbon-keramik diskləri quuraşdırmaq olar.

BMW M5 modeli, ənənəvi olaraq, inkişaf etmiş hava girişləri və digər aerodinamik elementləri, o cümlədən arxada kiçik spoileri və böyük diffuzoru olan aqressiv kuzov dəstinə malikdir. Firma burun dəlikləri kontur işıqlandırmasını alıblar. 

Təkər tağları öndə 285/40 ZR20 və arxada 295/35 ZR21 ölçüülü şinləri olan diskləri yerləşdirmək üçün genişləndiriliblər. Bütün bu dəyişikliklər baza modelinə nisbətdə ümumi ölçülərin artmasına səbəb olub: sedanın uzunluğu 5096 millimetr (+ 36 millimetr), eni - 1970 millimetr  (+ 70 millimetr), hündürlüyü isə, 1510 millimetr (- 5 millimetr) təşkil edir.

BMW M5 salonunun əsas fərqləri qırmızı M-düymələri olan aşağısı “kəsilmiş” sükan çarxı,  elektriklə tənzimlənən çıxıntılı oturacaqlar və mərkəzi tuneldəki M-tənzimləmələrinə cavabdeh olan xüsusi panelidir. Onların arasında güc qurğusunun, transmissiyanın və şassinin iş rejimlərinin seçilməsi var.

Baza təchizatına dördzonalı klimat-kontrol, Merinos dərisi ilə üzlənmiş oturacaqlar, panoram dam (karbonplastik dam opsiyadır), Bowers & Wilkins səs sistemi, daxili kontur işıqlandırması və salamlama animasiyası daxildir.

G90 nəslindən olan BMW M5 sedanının canlı premyerası iyul ayında İngiltərənin Qudvud şəhərində keçiriləcək Sürət Festivalında baş tutmalıdır. “Bərkgedən” sedanın BMW şirkətinin Dinqolfinge şəhərindəki zavodundakı istehsalına daha sonra start veriləcək.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Satışların başlanması noyabr ayına planlaşdırılıb. Almaniyadakı başlanğıc qiyməti artıq məlumdur - 144 min avro. Halbuki əvvəlki model 121 min avroya satılırdı. Ən vacibi isə, bir müddət sonra BMW M5 Touring universalı debüt etməlidir.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.